O
olmasın, bu olsunun 50 illik yubileyi qeyd edilir
Bu günlərdə
Mədəniyyət və
Turizm Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı
ilə "Nizami"
kinoteatrında "O olmasın,
bu olsun" bədii filminin 50 illik yubileyi keçirilmişdir. Tədbirdə
çıxış edən
Dövlət Film Fondunun
direktoru, əməkdar
incəsənət xadimi,
tanınmış kinoşünas
Cəmil Quliyev filmin 1956-cı ildə Hüseyn Seyidzadənin quruluşunda lentə alındığını bildirdi:
"Bu filmin rollarını
Əlağa Ağayev,
Əhməd Əhmədov,
Tamara Gözəlova, Lütfəli
Abdullayev, Mövsüm
Sənani kimi dahi aktyorlar ifa ediblər. Ekran əsəri dünya şöhrətli bəstəkar
Üzeyir Hacıbəyovun
eyni adlı operettası əsasında
çəkilib. Ölməz sənətkarımızın
yaratdığı bu
film Azərbaycan kino tarixində önəmli yer tutur. Bu gün belə
filmlərin istehsalına
çox böyük ehtiyac var".
"O olmasın, bu
olsun"da kino sənətinin bütün
istiqamətləri öz
əksini tapır. Yubiley mərasimində iştirak edən əməkdar incəsənət
xadimi, kinoşünas
Aydın Kazımzadə
1981-ci ildə filmin 25
illiyinin keçirildiyindən
söz açdı:
"Həmin vaxt filmdə oynayan aktyorların çoxu yubileydə iştirak edirdi. Çox təəssüf ki/, indi onların
heç biri yoxdur. Ancaq onların hər
biri Azərbaycan kinosu yaşadıqca yaşayacaq, həmişə
hörmətlə yad
olunub xatırlanacaqlar".
Sonra filmdən fraqmentlər nümayiş
etdirildi.
Azərbaycan.- 2007.- 18 mart.- S. 2.