Sabirqızı Ü.
Azərbaycanda ilk stereosəsli kino
çəkilir
Oqtay Mirqasımov:
«Monosəsli filmlər
dünya bazarında ciddi qarşılanmır»
Xalq artisti Oqtay Mirqasımov yeni filmin çəkilişlərinə start verib. Sonuncu dəfə «Ovsunçu» bədii ekran əsərinə imzasını atan rejissor indi də quruluş verdiyi növbəti filmin yaradıcı heyəti ilə birgə tamaşaçılara “Günaydın, mələyim” deyir.
Filmin ssenari müəllifi və rejissoru bizimlə söhbətində süjet xətti barədə məlumat verdi. Dedi ki, baş qəhrəman döyüşdə həlak olur. Lakin dünyasını dəyişən zaman həyat yoldaşı gözünün qarşısına gəlir,
xəyalında
canlanır. Özü
də mələk qismində: «Qarabağ hadisələri üzərində
qurulmuş melodramdır.
Burada həddindən artıq həssas və fəlsəfı məqamlar var. Süjetin mərkəzində
dul qadının taleyi dayanır. Əlbəttə ki,
fılm fantastik bir sonluqla bitir».
Qeyd edək ki, filmə
çox peşəkar
yaradıcı heyət
cəlb olunub. Kadrları lentə
tanınmış kinooperator
Rafıq Əliyev köçürür. Baş qadın
obrazını əməkdar
artist Ayan Mirqasımova
yaradır. Digər
rolları xalq
artistləri Fuad Poladov, Abbas Qəhrəmanov, Bəsti Cəfərova və başqaları ifa edirlər.
Artıq Pirqulu və Xızı dağlarında
nəzərdə tutulan
çəkilişlər başa
çatıb. Oqtay Mirqasımov çəkiliş
zamanı müəyyən
çətinliklərlə üzləşdiklərini söylədi:
«Texniki problemlər mövcuddur. Kompüter
qrafıkasına ehtiyac var. Qarşımıza qoyduğumuz əsas məqsəd budur ki, stereosəsli bir fılm çəkək. Çünki monosəsli fılmlər dünya bazarında demək olar ki, ciddi qarşılanmır».
Sonda əlavə edək ki, «Günaydın, mələyim»
bədii filminə baxmaq istəyənlər ilin sonunu gözləməli
olacaqlar.
Yaddaş.- 2007.- 15 mart.- S. 12.