Aydan
Milli
kulinarlarımız medalla
qayıdıblar
Milli Kulinarlarımız
Türkiyədə gerçəkləşən
Beynəlxalq Kulinariya Çempionatından 1 qızıl,
4 bürünc medalla qayıdıblar". Bu barədə dünən M.F.Axundov adına Mərkəzi Kitabxanada keçirilən mətbuat
konfransında Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib. Onun sözlərinə
görə, kulinarlarımızın
festivala qatılması
üçün maddi
xərclərin bir qismi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
ödənilib":: "Müsabiqəyə
21 ölkənin 28 komandası
qatılıb. Həmin
festivala 12 iştirakçıdan
ibarət komanda qatılmışdıq. Komandanın
kapitanı Nailə Mürsəlova idi. Bizim iştirakçılar
cəmi 5 komanda və 25 fərdi siniflərdə çıxış
etdi. Yarışa qatılan iştirakçılarımızdan
dördü ilk dəfə idi ki, belə festivala
qatılırdı". T. Əmiraslanov yarışmanın
çətin şəraitdə
keçirilməsinə baxmayaraq,
qazandıqları uğurlardan
razı olduqlarını
bildirib. AMKM rəhbəri
bildirdi ki, Yekaterinburq səfəri zamanı ölkəmiz komanda yarışlarında
III yeri qazanıb. T.Əmiraslanov özü isə ictimai-iaşə ustası medalına layiq görülüb. O, hazırda
AMKM-nin Yunanıstan və Moskvada keçiriləcək kulinariya
çempionatlarına hazırlaşdıqlarını
bildirib. Həmin çempionatlarda ölkəmiz
həm fərdi, həm də komanda yarışlarında
təmsil olunacaq.
Üç nöqtə.- 2007.- 13 mart.- S. 13.