Şeyx
özü haqqında film çəkdirib
«Anamın duaları» adlı
bədii-sənədli filmi «Lider» TV çəkib
Qafqaz Müsəlmanları
Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür
Paşazadənin həyat və
yaradıcılığını əks etdirən
bədii-sənədli filmin çəkilişləri başa
çatıb.
Bu barədə APA-ya filmin ssenari müəllifi
və rejissoru Ələkbər Muradov məlumat verib.
«Anamın duaları» adlı filmin
çəkilişləri Masallı rayonunun kəndlərində,
eləcə də şeyxülislamın təhsil
aldığı Daşkənd, Səmərqənd, Buxara
şəhərlərində aparılıb. Filmdə
A.Paşazadənin uşaq obrazını IV sinif şagirdi
İbrahim Quliyev, gənclik illərini isə özbək
aktyor Musabek Saleyev oynayıb. Filmdə
Azərbaycanda fəaliyyət göstərən
müxtəlif dini icmaların rəhbərləri ilə
yanaşı, Buxaranın dini müşaviri, Özbəkistanın
baş müftisinin çıxışları da yer alıb.
"Lider" televiziyasının "Azərbaycan"
redaksiyasında istehsal olunan 1 saat 50 dəqiqəlik filmdə
74 minə yaxın kadrdan istifadə edilib.
Gündəlik Azərbaycan.- 2007.- 8 mart.- S. 4.