N.İ.Şaşıqoğlunun Şöhrət ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə Nodar İzzətoviç Şaşıqoğlu "Şöhrət" ordeni ilə təltif edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2007-ci il

 

Azərbaycan.- 2007.- 13 mart.- S. 1.