Sevda

 

Sənət eşqi ilə yaşayan Nodar Şaşıqoğlu

 

Aktyorun 80 illiyi qeyd edildi

 

Srağagün Musiqili Komediya Teatrında Azərbaycanın Rusiyanın Xalq artisti Nodar Şaşıqoğlunun 80 illik yubileyi keçirilib. Qeyd edək ki, tədbiri aktyorun çalışdığı Rus Dram Teatrının rəhbərliyi Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə düzənləmişdi. Yubiley mərasimi aktyorun baş rolda oynadığı "Kral Lir" tamaşası ilə başladı. Tamaşadan maraqlı bir hissə gecəyə gələnlər üçün nümayiş etdirildi. Tədbir Xalq artistinin çəkildiyi "Uzaq sahillərdə", "Telefonçu qız", "Leyli Məcnun" digər filmlərdən maraqlı fraqmentlərin nümayişi ilə davam etdi. Yaratdığı obrazlar üçün bir daha alqış sədaları eşidən yubilyar daha sonra onu təbrik etməyə gələnləri dinlədi.

Gecənin aparıcısı, Rus Dram Teatrının baş reyissoru Aleksandr Şarovski bildirdi ki, N.Şaşıqoğlu dövlət başçısının qərarı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

Daha sonra çıxış edən Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov aktyorun yaradıcılıq yoluna nəzər saldı. O bildirdi ki, "Uzaq sahillərdə" filmində yaratdığı Mehdi Hüseynzadə obrazı ilə yaddaşlara həkk olan N.Şaşıqoğlu həmin kəşfiyyatçını milyonlara sevdirə bilib. Natiqin dediyinə görə, illər ötsə , aktyor maraqlı obrazlar yaratmaqda davam edir. Belə ki, N.Şaşıqoğlu ötən il premyerası olan "Kral Lir" tamaşasında yaratdığı eyni adlı obraza görə ən yaxşı kişi rolu nominasiyasında "Qızıl Dərviş" mükafatına layiq görülüb. Sonda A.P.Nemətov Teatr Xadimlər İttifaqının təsis etdiyi nadir hallarda teatr sahəsində fəaliyyət göstərən insanlara verilən qızıl medalla təltif olunduğunu bildirdi.

Azərbaycan kinosunda yaratdığı qəhrəman obrazlarıyla sevilən aktyor Rasim Balayev isə bu sənətə gəlməyində N.Şaşıqoğlunun rolu olduğundan söhbət açdı. O bildirdi ki, əfsanəvi aktyorlardan biri olan N.Şaşıqoğlu onda bu çətin sənətə marağın ilk qığılcımlarını oyadıb: "O, "Uzaq sahillərdə" filminin çəkilişi ilə əlaqədar mənim yaşadığım Ağsu rayonuna gəlmişdi. Biz uşaqlarla istəyirdik ki, filmin çəkilişlərinə baxaq. Amma hətta 200-300 metr uzaqdan belə bizi bu prosesi izləməyə qoymadılar. Dedilər ki, çəkilişlərə maneçilik yaradırıq. Onda çox hirsləndim, qərara aldım ki, aktyor olacam. Yəni bunlar hamısı zəncirvari bir-birilə ilə bağlı olan hadisələrdir". R.Balayev daha sonra qeyd etdi ki, bu qədər populyar olmaq ən əsası, bu populyarlığı saxlamaq hər bir aktyora nəsib olmur. O, N.Şaşıqoğlunun yaratdığı Kral Lir rolunun psixoloyi obraz olduğunu xatırladaraq "80 yaşlı aktyorun bu rolu belə məharətlə ifa etməsi çox təqdirəlayiqdir. Mən Kinematoqrafçılar İttifaqının kollektivi adından ona can sağlığı diləyirəm yeni-yeni rollar arzulayıram" - dedi.

Daha sonra isə təhsil naziri Misir Mərdanovun adından aktyora çiçək dəstəsi təbrik məktubu təqdim edildi.

Akademik Milli Dram Teatrının reyissoru Mərahim Fərzəlibəyov da çalışdığı teatrın kollektivi adından N.Şaşıqoğluna cəsarət qəhrəmanlıq rəmzi olan qılınc məhəbbət rəmzi olan qızılgül hədiyyə etdi. Reyissor əlavə etdi ki, məhz bu görkəmli aktyorun rollarını görüb səhnəyə gələn aktyorlarımız kifayət qədər çoxdur. Daha sonra həmin teatrın aktrisası Firəngiz Mütəllibova teatr haqqında oxuduğu mahnı ilə aktyoru təbrik etdi.

Dövlət Pantomim Teatrının yaradıcı kollektivi aktyoru təbrik etməyə gəlmişdilər. Onlar çox məşhur "Muğam" trio səhnəciyini göstərdilər.

Musiqili Komediya Teatrının aktrisası eyni zamanda, Bəşir Teatrının direktoru olan Afaq Bəşirqızı da hər iki mədəniyyət ocağının adından aktyoru özünəməxsusluqla təbrik etdi. O, "Dünya tərsinə dönsə belə, sənət sənətkarın izi qalacaq" - deyərək mahnı ifa etdi.

Onu da qeyd edək ki, gecənin musiqili qonaqları yubileyə xüsusi rəng qatdılar. Müğənni Brilliant Dadaşova "Mənim illərim mənim var-dövlətimdir" deyərək aktyoru oxutmağa çalışdı. N.Şaşıqoğlu da müğənniyə duet ortağı olaraq mahnını zümzümə etdi. "Akademiya" mahnı müsabiqəsinin iştirakçıları Cəmil-Əfsanə dueti, Aqşin Abdullayev, Xəyyam Mustafazadə Aytac Cəfərov da öz musiqi paylarını aktyora hədiyyə etdilər. Qara Qarayev adına Dövlət Kamera Orkestri isə repertuarındakı iki klassik əsəri gecədə ifa etdi.

Sonda aktyor N.Şaşıqoğlu təşəkkür nitqi ilə yubiley gecəsinin sona çatdığını elan etdi.

 

Kaspi.- 2007.- 28 mart.- S. 17.