Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin axşılaşdırılması tədbirləri haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Bəstəkarlar İttifaqının yerləşdirilməsi üçün müvafiq bina ayrılmasına onun təmirinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Bakı Şəhər İcra Hakimiyyəti Abşeron yarımadasında Azərbaycan Bəstəkarlar İttifaqı üzvləri üçün yaradıcılıq evinin tikilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla Azərbaycan bəstəkarlarının əsərlərinin nəşri elektron daşıyıcılar vasitəsilə yayılmasının təmin olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla yaşlı gənc nəsil bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondunun yaradılması həmin fonddan istifadə qaydaları ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2007-ci il

 

Azərbaycan.- 2007.- 13 mart.- S. 1.