Azərbaycan Respublikası

Prezidentinin fərdi təqaüdlərinin

verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

1.  Azərbaycan Respublikasının dövlət idarəçiliyi, mədəniyyət incəsənət sahələrində böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Əlizadə Firəngiz Əliağa qızı

Qocayev Xeyrəddin Sayəddin oğlu (Xeyrəddin Qoca)

İmanov Müslüm Məşədi Müseyib oğlu

2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3.  Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2007-ci il

 

Azərbaycan.- 2007.- 20 mart.- S. 1.