Azərbaycan musiqi mədəniyyətinə yeni bir töhfə

 

Azərbaycan Dövlət Filarmoniyasında "Azərsun Holdinq" Şirkətlər Qrupunun sponsorluğu ilə işıq üzü görən "Azərbaycan bəstəkarlarının antologiyası" adlı diskin təqdimat mərasimi keçirilmişdir. Ülviyyə Hacıbəyovanın təşəbbüsü ilə toplanmış antologiyaya 60 bəstəkarın əsəri daxil edilmişdir.

Keçirilən təqdimat mərasimində Mədəniyyət Turizm Nazirliyindən nümayəndələr, tanınmış elm incəsənət xadimləri iştirak etmişlər.

Beş diskdən ibarət olan antologiyada 91 musiqi əsərinə yer verilmişdir.  Əsərlər əsasən Azərbaycan kamera musiqisi janrındadır.

Burada Üzeyir Hacıbəyov, Qara Qarayev, Asəf Zeynallı, Müslüm Maqomayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Fərhad Bədəlbəyli, Emin Sabitoğlu kimi tanınmış bəstəkarlarla yanaşı, gənc bəstəkarların əsərləri və xalq mahnılarına da geniş yer verilmişdir. Ülviyyə Hacıbəyova Əfrasiyab Bədəlbəyli Müslüm Maqomayevin diskə daxil edilmiş əsərlərini fortepiano üçün işləmişdir.

Ülviyyə Hacıbəyovanın ifasında dahi Nizami, Natəvan, Cəfər Cabbarlı, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Rəsul Rza ilə yanaşı, gənc şairlər Aleksandr Sergeyeviç Puşkin, Nazim Hikmət, Yunis Əmrə, Sergey Yesenin, Ualter de la Mer kimi xarici şairlərin şeirlərinə bəstələnmiş mahnılar da antologiyaya daxil edilmişdir.

Antologiyaya daxil olan mahnılar respublikanın əməkdar artistlərindən Həsən Ənami, Yeganə Axundova, Töhfə Babayeva, Opera Balet Teatrının solistləri beynəlxalq müsabiqə laureatları tərəfindən ifa olunmuşdur.

Təqdimat mərasimində Dövlət Filarmoniyasının səhnəsində Opera Balet Teatrının Bakı Musiqi Akademiyasının ifaçıları Səbinə Əsədova, Fəridə Məmmədova, Aygün Zeynallı, Nurlan Növrəsli, Gülnaz İsmayılovanın ifasında antalogiyaya daxil olan əsərlər səslənmişdir.

Novruz bayramı ərəfəsində "Äzərbaycan bəstəkarlarının antologiyası" Azərbaycan mədəniyyətinə edilmiş əsil bayram töhfəsi oldu.

 

Respublika.- 2007.- 17 mart.- S. 6.