Əbədi muğam layihəsinə start verildi
YUNESKO-nun dəstəyi ilə keçirilən tədbirlər
iki il davam
etdiriləcək
YUNESKO-nun Azərbaycan
muğamlarına dəstəyi
məqsədi ilə nəzərdə tutulan növbəti layihələrdən
biri Şirvanşahlar
Sarayında həllini
tapıb. "Əbədi
muğam" adlı proqramın ilk təqdimatı ölkə
ziyalıları, dövlət
məmurları, xanəndələr
və xarici şirkət nümayəndələrinin iştirakı
ilə keçirilib.
Tədbirdə iştirak edən Avropa Mədəniyyət Parlamentinin üzvü, musiqişünas Cahangir Səlimxanov Azərbaycan muğamının artıq
bütün dünyada
tanınıb qəbul
edildiyini diqqətə
çatdırdı. Muğam
axşamının silsilə
xarakter daşıyacağını
bildirən musiqişünas
tədbirin hər
cümə axşamı
eyni məkanda keçiriləcəyini bildirdi.
Qeyd edək ki, yerli tamaşaçılar
üçün biletlərin
qiyməti 2, əcnəbilər
üçün isə
10 manat təşkil edəcək.
"Əbədi muğam" layihəsi çərçivəsində
ifası dinlənilən
Ağaxan Abdullayev
"Zabul segah"dəsgah şəklində
səsləndirdi. Onu tarda Malik Mansurov,
kamançada Elşən
Mansurov müşayiət
edirdi.
Sonda
C.Səlimxanov bildirdi ki, "Əbədi muğam" layihəsi 20
həftə ərzində
keçirilməklə iki
il davam etdiriləcək. Eyni zamanda, proqramın paytaxt ərazisindən kənar bölgələrdə
də təqdimatı
nəzərdə tutulub.
Layihə çərçivəsində
muğam konsertlərinin,
müsabiqələrin təşkili
gözlənilir. Bütün
tədbirlər layihənin
adını daşıyan
topluda öz əksini tapacaq
Kaspi.- 2007.- 16 mart.- S. 17.