Həqq M.
Sazın ləyaqəti və ya
Azərbaycanın Ruhani
bütövləşməsi
üçün xeyir-dua
Öncə bu yazının
adını "Sazın lənəti" qoymaq və bizlərin
indiki atmacalı halının səbəblərini bu
baxımdan dəyərləndirmək fıkrində idim. Fəqət
sevməyə bilmədiyim Azərbaycanı rəmzi
Xızır, özü isə Ruhani İntibah bayramı olan
Novruz ərəfəsində sazın ləyaqəti ilə
tanış etmək qərarına gəldim.
İlahi eşqin işığını
aşılamaq
"Aşıq"
sözü bir titul kimi təxminən XI-XII
əsrlərdən bəllidir. Həmin
dövrlərdə yaşamış Türküstan Piri
Şeyx Əhməd Yəsəvinin "Aşıqlar"
rədifli qoşması məlumdur. Bir istilah kimi
"aşıq" sözünün mənasına gəldikdə,
indiyə qədər deyilən fikir və
mülahizələri üç qismə bölmək olar:
1) Aşıq ərəb dilindəki
"aşiq" sözündən olub vurulmaq,
məhəbbət bağlamaq, bənd olmaq deməkdir;
2)
"Aşıq" sözü türkdilli xalqların
"işıq" sözündəndir. Bir çox
nüfuzlu alimlər də təsdiq edirlər ki, işıq,
nur, haqq, "Haqq aşiqi" orta əsr təriqətlərinin (Qələndəri,
Bəktaşi, Hürufı və b.) rəmzi mənası,
əqidəsidır;
3)
"Aşıq" sözü "aşılamaq"
sözündən əmələ gəlmişdir. Bu söz öz fikrini, məqsədini, istəyini
başqalarına təlqin etmək mənasında indi də
işlənməkdədir.
Fikrimcə, gözəl
mətləbləri ifadə edən bu izahların
hamısını keçərli hesab etmək
mümkündür və bu baxımdan biz Haqq
aşığın ilahi eşqin işığını
aşılayan- şəxs kimi tanımlaya bilərik.
Saz həqiqəti
İsrarla İlahi
Eşqdən söz açmağımız təsadüfi
deyil. Bu, Haqq aşığının ən böyük
silahı olan sazın mahiyyəti ilə bağlıdır.
Saz "sazlamaq" sözünün
kökündən olub nizamlamaq, kökləmək, qurmaq
mənası daşıyır. Elə
isə saz nəyi, necə və haraya kökləyir?
Azərbaycan və bəşər tarixinin ən şanlı
səhifələrinə adını yazdırmış
Şah İsmayıl Xətai buyurur:
Bir gün ələ almaz oldum mən
sazım,
Ərşə dirək-dirək
çıxar avazım,
Dörd şey vardır bir qarmdaşa
lazım,
Bir elm, bir kəlam, bir
nəfəs, bir saz.
Əksər oxucular üçün
Şah Xətainin şeirindəki "saz" adi bir musiqi alətidir,
"elm" bilikdir, "kəlam şairlikdir,
"nəfəs" isə yəqin ki, səsdir avazdır. Bu, ilk baxışda məntiqli görünsə
də, məsələyə bu cür yanaşma
kökündən yanlışdır. Çünki
ölkələr fəth edən. taxt
quran, mərkəzləşmiş dövlət yaradan Şah
Xətai "kamil insan" formulunu yaradan şərtləri bu
dörd şeydə görərkən daha dərin
mətləblərdən xəbər verirdi.
"Saci-nar" dastanı
Təsəvvür
dərvişlərinin yazılı və şifahi
arxivlərində "Saci-nar" adlı bir dastan var. Dastanın
qısa məzmunu belədir: göydə yeddi min il qanad çalan, zər qanadlı mələk
Cəbrail Həqq Təalanı axtarır, onun camalını
seyr etmək istəyir. Lakin buna heç cür
müvəffəq ola bilmir. Çünki
Həqqi görmək onun qüdrətində deyil. Cəbrailin yalvarışlarını,
dualarını eşidən Allah mələklərə
görünmək qərarına gəlir və insanı
xəlq edir. Yeri gəlmişkən, bu barədə islam peyğəmbəri Hz.Məhəmmədin
(ə.s.) mübarək hədisi də var: "Allah Təala
özünü biruzə vermək istədi və insanı
yaratdı". Adəmin (ə.s.) bədəni xəlq edildikdən
sonra müqəddəs ruh o bədənə daxil ola bilmirdi. Çünki
xilqətdən insan bədəni ruh qədər təmiz deyildi.
Elə bu anda Həqqin öz əmrilə
cəbrali saz olaraq adəmin qucağına düşür.
Sonra Mikail o sazın simlərinə
dönür. Ən sonda İsrafil də
sazın səsinə çevrilir. Elə
ilk pəncədən, ilk avazdan ruh məst olur və insan
bədəninə daxil olur. Yeri
gəlmişkən, vurğulayım ki, dastanın mövzusu
Şah Xətainin şeirlərinin birində söylədiyi
"Bir saz olub gəldim dilə" misrasının mistik
mahiyyətini də açıqlamış olur.
Dolayısı ilə
Türkün hələ miladdan öncə VI minillikdən
üzü bəri yaşatdığı qopuz
çoğursaz sənətinin hansısa kef və
əyləncə məclisi üçün deyil, ilahi sirri
nəsilbənəsil qorumaq və yaşatmaq üçün
var olduğu aydınlaşır. O da aydınlaşır ki,
Dədə Qorqudun qolça qopuzuna məhəl
vermədən qardaş qırğını törədən
oğuz igidləri həqiqətən də ilahi
lənətlə üzləşərək
daşlaşıblar. Və bu
heç də kiminsə uydurması deyil, çünki qopuz-çoğur-saz
sadəcə musiqi aləti yox, həm də həqq təalanın sirrini
gəzdirən ilahi varlıqdır.
Azərbaycan - saz
Məlum olduğu kimi,
hər bir musiqi aləti onu istifadə edən xalqın
dilinə, təfəkkürünə uyğun
formalaşır. Məsələn, İran tarı ilə
heç vaxt Fizulinin qəzəllərindən ibarət
muğam parçaları oxuna bilməz. Yaxud
da kürdlərin təmburunda heç vaxt Azərbaycan saz
havasını çalmaq olmaz. Çünki
onların tembri, lad xüsusiyyətləri buna imkan vermir.
Bu baxımdan tarixən Azərbaycan
dövlətinin formalaşmasında sazın misilsiz rol
oynadığını xüsusi vurğulamaq lazımdır.
O da mühüm məqamdır ki, saz
Şah Xətainin Qızılbaş dövlətinin
Azərbaycanın bütövlük rəmzinin təməl
mahiyyətidir. Şah Xətai və
Səfəvi xanədanının müridlərinin saza meyli
isə Ərdəbil mühitindən çox ulu
Göyçə mahalı ilə bağlıdır. Belə
ki, Şah Xətainin ulu Göyçəyə
gələrək böyük mütəfəkkir, möcüzəli
sufi mürşidi Miskin Abdalla görüşündən
sonra onun saza bağlılığı mütləq anlam
kəsb etməyə başlayır.
Maraqlıdır ki,
"Şah Xətai və Miskin Abdal" dastanında Miskin
Abdal Şah Xətainin babaları ilə olan dostluq və
yəqin ki, ruhani bağlılıq olan pirmürid
əlaqələrindən söhbət açır. Miskin Abdal
Əhli-Həqq idi. Şah Xətainin
sələfləri Şeyx Heydər və Şeyx Cüneydgil
isə Əhli-Həqq deyildilər. Halbuki
onlarm varisi olan Şah Xətai özünü Əhli-Həqq
adlandırır. Mühüm məqamlardan
biri də, Xətainin başına şahlıq tacının
məhz Miskin Abdal tərəfındən qoyulmasıdır.
Xətai və Miskin Abdaldan başlayan saz və
ürfan bağlılığı XX əsrin
əvvəllərinə qədər davam edir. Təəssüf
ki, məhz bu dövrdən etibarən Azərbaycan
türkünün düşüncəsində Aşıq
Alı, Aşıq Ələsgər kimi Haqq aşiqlərinin
yerini get gedə cılız sovet-kolxoz "sənəti"
almağa başladı.
Sazın lənəti
Sovet rejiminin
Azərbaycanın milli-mənəvi dəyərlərinə
vurduğu ən böyük zərbələrdən biri
məhz aşıq sənətinin getdikcə
mahiyyətdən uzaqlaşdırılması oldu. Azərbaycanın
xanlıqlara bölünməsindən istifadə
edərək onu ikiyə parçalayan, torpaqlarımızı
Ermənistan, Rusiya və Gürcüstana verərək
Azərbaycan türkünü süni
sərhədlərlə bölən düşmən saz
təməlində formalaşan ortaq təfəkkür
qarşısında aciz idi. Azərbaycanın Dərbənd,
Göyçə, Borçalı, Qazax, Təbriz, Maku və
s. kımi bir-birindən ayrı salınmış
bölgələrini ruhani qatda birləçdirən saz sənəti
bolşevizmin iblisanə mühitində ciddi aşınmaya
məruz qaldı. Əminəm ki, Azərbaycan
türkünü iflic edən regionçuluq bəlası da
məhz bu aşmmanın acı nəticəsidir. İlahi Eşqi vəsf edən aşıqların
yerini "İliç kolxozunun lampalarını" tərifləyən,
Stalinin aşıq libasına heç bir dəxli olmayan qalife
şalvarını geyinərək sağa-sola gərdiş
edənlər tutdu. Dolayısı ilə Azərbaycanın
milli-mənəvi təməli olan aşıq sənəti cahillərin
lağ və istehza obyektinə çevrilmiş oldu. Halbuki sazın İlahi qüdrəti İranın
panfarsist rejimindən tutmuş UNESCO-ya qədər bir məqamlarda
təsbit olunub. Vaxtilə Təbriz yaxınlığında
ucaldılmış əzəmətli aşıq heykəli
sonradan yenidənqurma bəhanəsi ilə uçuruldu. İran mollası musiqini, özəlliklə də
sazı haram bilərək onun ifasını
əngəlləmək iddiasındadır. Artıq Azərbaycandakı bəzi cahillər də
bu iddia ilə çıxış etməkdədir.
Acı bır mənzərə yaranıb: bir tərəfdə
sazı "Ay ceyranım" kimi yüngül
musiqilərə alət edərək özlərini reklam
edən "aşıqlar" sürüsü, digər
tərəfdən də bu cihzlığı gözə
soxaraq sazı inkar edənlər. Halbuki saz
ürfanın - bəsit şəriət və dar
təriqət çərçivələrinə sığmayan
mərifətin həqiqətə olan eşqidir.
Aşıq havalarının sufı
dünyagörüşündən qaynaqlandığından
bixəbərdir Azərbaycan türkü. O bilmir ki,
"Ruhani" kimi tanınan əslihdə
"Ürfani"dir. Əksəriyyət "Mansırı"
saz havasının Eşqin böyük
şəhidlərindən olan Həllac Mənsura ithaf
olunduğunu bilmir. Saz dinləməyi
sevənlər belə əvvəllər
"Qaraçı", daha sonra da "El havası"
adlanan havanın əsl adının "Dərvişi"
olduğunun fərqində belə deyillər.
Epiloq və ya ümid əvəzi
Vaxtilə UNESCO
Yerdənkənar sivilizasiya ilə əlaqə saxlamaq
üçün süni peyk vasitəsilə kosmik fəzaya
Azərbaycanın saz havalarını
göndərmişdı. "Saci-nar"
dastanı UNESCO-nun bu seçimində yalnış
etmədiyini təsdiqləməkdədir. Fikrimcə,
Azərbaycanın ictimai-siyasi fəzasına da sazın
ləyaqətini çıxarmaq lazımdır. Bu,
istər Şimalla Cənubun birləşməsi, istər
Türkiyədəki 20 milyonluq ələvi-bektaşi ilə
mənəvi bütünlük, istərsə də
Azərbaycan dövlətçiliyinin türk
təfəkkürü təməlində
möhkəmlənməsi üçün əvəzsiz
imkandır, saz Azərbaycanın tarixi məkanlarının
düşmən qarşısındakı ruhani
sığortasıdır. Bu baxımdan
itirilmiş Göyçə və Dərbənd,
itirilməkdə olan Dağlıq Qarabağ və
Borçalı Azərbaycan türkü üçün SOS
siqnalı olmalıdır. Bir şey yəqindir:
Azərbaycan türkü sazı cılız.
Ayna.- 2007.- 17 mart.- S. 6.