Abbas
Yusifov: "Nə edim ki, mənə
də fəxri ad verilsin"
Uman
yerdən küsərlər
Milli musiqimizin,
mədəniyyətimizin qorunub-saxlanılmasında və
inkişafında respublikamızın
tanınmış sənətçisi
- tarzən Abbas Yusifovun əvəzsiz xidmətləri olub. A.Yusifov
1931-ci ildə Ağdam
şəhərində musiqiçi
ailəsində anadan olub. İlk musiqi təhsilini 1 saylı 7 illik musiqi məktəbində alıb. Çox erkən yaşlarında -
1947-ci ildə Ağdam
Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb.
Həmin teatrda "Leyli və Məcnun",
Əsli və Kərəm", "Aşıq
Qərib" operalarında,
"Arşın mal alan", "Toy kimindir?" komediyalarında
atirvkalarda müşayiət
edib. Abbas müəllim teatrda çalışmaqla yanaşı,
yeni yaranmış pioner və məktəblilər evində
də bədii rəhbər kimi fəaliyyət göstərib.
1954-cü ildən 1984-cü ilədək dünyaşöhrətli
"Şur" ansamblının
konsertmeysteri olub. Yəni 28 il həmin kollektivin tarçalanı olub, ansamblı idarə edib. 47 qızıl medal, 100-dən çox fəxri fərman və diplomun sahibidir. A.Yusifov 1952-ci ildə
"Pionerlər", 1964-cü ildə "Gənclik",
1981-ci ildə "Qarabağ
təranələri" ansambllarının
yaradıcı və bədii rəhbəri olub. Buradakı fəaliyyətinə görə
dəfələrlə respublika
təhsil və mədəniyyət nazirliklərinin
fəxri fərmanlarına
layiq görülüb.
1985-ci ildə dahi bəstəkar Ü.Hacıbəyovun 100 illik yubileyində fəal iştirakına görə
pul və diplomla mükafatlandırılıb.
O cümlədən Ağdamda keçirilən
tarzən Qurban Pirimovun 100 illik yubileyində tarda ifa etdiyi "Çoban bayatısı"
çoxsaylı tamaşaçıları
heyran etdiyindən Mədəniyyət Nazirliyi
tərəfindən mükafata
layiq görülüb.
1985-ci ildə ölməz sənətkarımız
Şövkət Ələkbərova,
Qəndab Quliyeva və Bakir Həşimovla
Ağdama konsert verməyə gəlmişdilər.
Musiqiçilər diyarına
gəldikləri üçün
özləri ilə müşayiətçi qrupu
götürməmişdilər. Şövkət xanım musiqi texnikumunun direktoru Mayis Salmanovdan onları müşayiət etmək
üçün "üçlük"
verilməsini xahiş
edir. Ona bir neçə tarzən göstərirlər.
Lakin o, Abbas müəllimin
Bakı şəhərində
qurultay konsertində müşayiət məharətini
görmüşdü. Ancaq
adını unutduğu
üçün sifətdən
tanıyıb onu arayırdı. A.Yusifovu görən kimi tanıyır və xahiş edir ki, nahardan sonra
2 nəfər özü
bəyəndiyi nağara
və kamança çalanla dram teatrına gəlsin. Həmin gün doğrudan da Ağdam Dövlət
Dram Teatrının zalında möhtəşəm
bir konsert oldu. Müşayiət edənlər oxuyanları
qaydasında, xaric notlar vurmadan müşayiət edirdilər
ki, sanki illərlə bir yerdə məşq edib, konsert vermişdilər.
Onu da qeyd edək ki, respublikanın
tanınmış sənətçiləri
Aydın Məmmədov,
Barat Fərhadov, Aydın Niftalıoğlu,
Azay Mirəliyev, Hafiz Sədirzadə, Sədi Məmmədov, Misir Həsənov və başqaları Abbas müəllimin rəhbərlik etdiyi ansamblda yetişərək
şöhrət tapıblar.
A.Yusifov 1997-ci ildən bu günə
kimi Qurban Pirimov adına 2 saylı Ağdam uşaq musiqi məktəbində öz
fəaliyyətini davam
etdirir. Uşaqlara tarın, muğamın sirlərini öyrətməklə
yanaşı, gənc
nəsillərin yetişib
üzə çıxmasında
var gücünü əsirgəmir.
A.Yusifov ömrünün
54 ilini Azərbaycan musiqisinin təbliğinə
və inkişafına
həsr edib. Bu çətin, məsuliyyətli yolda dinc həyatını və sağlamlığını
qurban verib. Bütün bu fədakarlığın müqabilində
aidiyyəti təşkilatlar
tərəfindən yada
düşüb xatırlanmayıb.
Bununla bağlı A.Yusifov dedi: "Mənə fəxri adın verilməsi üçün 2 dəfə
(2002 və 2006-cı illərdə) Mədəniyyət
Nazirliyinə təqdimat
göndərilsə də,
müsbət nəticəsi
olmayıb. Lakin bu yaxınlarda sözügedən nazirlikdən
bildiriblər ki, bu məsələyə baxılacaq. Artıq qocalmışam, 54 il musiqi sahəsində ömür yaşamışam.
Mən bu gündən sonra hansı ömrü yaşayım ki, fəxri ad mənə
verilsin..."
Böyük sənətkarımız
A.Yusifov ömrünün
75-ci baharını artıq
başa vurub. İnanırıq ki, aidiyyəti təşkilatlar
onun sənəti ilə maraqlanacaq və yubiley ərəfəsində sənətkarımız
öz layiqli adını alacaq.
Həftə içi.- 2007.- 16 mart.- S. 8.