İlhamə

 

Özümü və adımı qorumağa çalışıram

 

Tamara Sinyavskaya: "Müslüm həmişə səxavətli kişi olub"

 

Xasiyyət, intellekt və cəlbedicilik Tamara Sinyavskaya neçə illərdir ki, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin həyatında ən vacib insan olmağa kömək edir. Avqustun 17-də Müslüm Maqomayevin 65 illiyi qeyd olunacaq. Ulduz cütlüyünün əsl mənada ziyalı olduqları Sinyavskayanın verdiyi müsahibələrindən də görünür.

 

Hər gün səslə "salamlaşıram"

 

- 4 il bundan qabaq siz könüllü olaraq Böyük Teatrdan uzaqlaşdınız. Heç bir dəfə belə olsun peşiman olmadınızmı?

- Peşiman? Xeyir. Mən bu gün də "Yevqeni Onegin"dən ol həmin Olqanı oxuya bilərəm. Hətta kifayyət qədər cavan səslə oxuya bilərəm. Mənə bir az qrim vursalar, parik geyindirsələr, niyə də yox. Lakin bu, kimin xoşuna gələcək? "Necə? O hələ də oxuyuyur?!" sözləri eşitməkdənsə, elə yaxşısı budur desinlər ki, mən çox tez teatrdan getmişəm. Yeri gəlmişkən, mənə doğma olan Böyük Teatr təmirə bağlanılıb, yeni səhnə isə təəssüflər olsun ki, mənə yaddır.

- Konsert zallarının qonağı da az-az olursunuz. Niyə?

- Mən özümə yalnız özüm səviyyədə oxumağı rəva bilirəm. Lakin əvvəlki kimi oxumağı da artıq bacarmıram, ən azı əsəblərimə görə. Hansısa konsert zalında çıxış edəndə mən həyəcanlanıram, elə bir La Skala səhnəsinə çıxıram. Nəyimə lazımdır? Televiziyaya da elə bu səbəbdən çıxmıram - birdən elə bir rakursda göstərərlər ki, peşiman olarsan... Özümü və öz adımı qorumağa çalışıram. Hər gün mən öz səsimlə "salamlaşıram" - sevdiyim ariyaları, romansları zümzümə edirəm. Bir neçə il bundan qabaq məni müxtəlif təhsil ocaqlarına dəvət edirdilər, lakin o vaxt mən "iki stulda oturmağı" mümkünsüz hesab edirdim - ya oxumaq, ya da ki dərs demək seçimi etmişdim. İndi isə Rusiyanın Teatr İncəsənəti Akademiyasında (QİTS) vokal sinfinə dərs deyirəm və hələ ki, bu, mənim xoşuma gəlir.

- 40 ilə yaxın Böyük Teatrda işləyərək heç kimdən küsməməyə, qalmaqal və intriqaların mərkəzində olmamağa necə nail olmusunuz?

- Mən ömür boyu intriqa aparmamışam! Böyük Teatra gələndə sadəlövh, hər kəsə inanan, səhnəyə valeh olan və çox xeyirxah 20 yaşlı qız idim. Yaşım az olduğundan məni heç kim rəqib kimi qəbul etməyib.

 

Dondurmanı yalnız yayda yeyirdim

 

- Hansı yaşda oxumağa başlamısınız?

- 3 yaşımdan oxumağa başlamışam. Gülməlidir: əvvəlcə öz evimizin giriş qapısında (əvvəllər, köhnə Moskva evlərinin giriş qapısında gözəl akustika var idi), orada səs məbəddəki kimi gözəl səslənirdi. Düzünü desəm, elə indi də tanış olmayan binaya daxil olanda asta olaraq səsimi yoxlayıram. O vaxt isə, "tamaşaçılar"ımın (uşaqların) məni eşitməsi üçün həyətimizdə "konsert" verirdim. Uşaqlıqda mən həkim olmağı arzulayırdım. Evimizin ikinci mərtəbəsində poliklinika yerləşirdi. Ora getmək xoşuma gəlirdi, çünki oradan efir yağı, təmizlik və ağ xalatların qoxusu gəlirdi. Evdə mən tibb kartotekasını tərtib etmişdim, dostlarımın "həkim Sinyavskaya"nın qol çəkəcəyi "xəstəlik tarixi"ni yazırdım. Yəgin ki, müğənni olmasaydım, məndən yaxşı həkim çıxa bilərdi. Bununla belə, məktəbdən sonra mən tibb ixtisası əvəzinə Moskva Konservatoriyası yanındakı musiqi məktəbinə daxil oldum. Məktəbdə Kiçik Teatrın xorunda tələbələrə pul qazanmaq imkanı verən müəllimə var idi. Mən məmnuniyyətlə teatrda oxumağa başladım. Xüsusən ona görə ki, anamla çox qənaətkarlıqla yaşayırdıq, tamaşaya görə isə 5 rubl (misal olaraq, Yeliseyevsk qastronomunda uzunburun balığın kilosu bu qiymətə idi) verirdilər.

 

Müğənnilər daima səslərinə qulluq etməlidirlər

 

- Soyuqlamaq qorğusundan vaxt var idi ki mən idmanı, maraq göstərdiyim ayaq xizəyi və konkiləri atdım. Yerli gəlmişkən, Qırmızı meydanda buz meydançası açılanda, cavanlığım, uşaqlığım üçün nostalgiyadan ürəyim sancmışdı. Buz meydançasına çıxmaq istəmişdim.

Səsimi isə həqiqətən qoruyurdum: dondurma yeməyi yalnız yayda - teatrda mövsüm bağlananda və bütün artistlər məzuniyyətə çıxanda özümə icazə verirdim. İndi isə mən müğənnilərə küçədə danışmaq, dondurma, tum və fındıq yemək kimi zərərli adətləri məsləhət görmürəm. Allaha şükür, səsimlə heç nə baş vermir. Əvvəllər isə yəgin ki, psixoloyi təsir - "Allah eləməsin tamaşa ərəfəsində soyuqlayaram" fikri təsir göstərirdi.

 

Müslüm - çox səxavətli kişidir

 

Tamara xanım, söhbəti kəsərək, elə bir "Təcili yardım" kimi pudel cinsindən olan iti Çarlikə növbəti iynəsini vurur və sevdiyi həyat yoldaşına kofe hazırlayır. Məni də türksayağı hazırladığı kofeyə qonaq edir, özü üçün isə bir stəkan su tökür. Sinyavskaya, özünü daima formada saxlamağa çalışır.

- Bu mənada mənim üçün ibrət kimi ömür boyu eyni çəkidə özünü saxlayan və eyni ölçüdə səhnə kostyumları geyinən Qalina Pavlovna Vişnevskaya olub.

- Mənimlə telefonda söhbət edəndə qadının 3 gözəl yaşı - 29, 38 və 45 olduğunu demişdiz. Sizin 29 yaşınız olanda həyatınızda maraqlı nə baş vermişdi?

- Müslümlə eşq macərası başlamışdı. O vaxt mən İtaliyada təcrübə keçirdim. Müslüm hər gün mənə zəng vururdu, yeni yazılarını dinləməyə verirdi. Biz çox və uzun müddət ünsiyyətdə olmuşuq. Bu zənglərin onun üçün neçəyə başa gəldiyini siz yəqin təsəvvür edə bilərsiz. Lakin pul haqda söhbət qadağan edilən mövzu olub və indiyədək belədir. O, həmişə səxavətli kişi olub.

- 38 yaşınızda hansı hadisələr olub?

- Bu, hər bir qadın üçün gözəl yaşdır - həyatın dolğunluq hissidir. Bu, məndə həmçinin peşəkar yüksəlişimlə üst-üstə düşür. Yeri gəlmişkən, əfsanəvi Lyubov Orlova onun 38 yaşı olduğunu və bir gün belə artıq olmadığını təkrar etməyi sevirdi. Hərdən mən zarafatyana onu sitat gətirirəm, lakin anlayıram ki, 38 yaş kifayət qədər cəsarətli bəyanatdır. Üzümü dairəvi dartsam, yüngül makiyay etsəm, mənə söz ola bilməz. Zarafatdır...

 

Cavanlığın sirri yaxşı yuxudur

 

- Yaxşı görünməyin sirri nədir?

- Yuxudur. Qadın yuxusunu alanda üzündə qırışları az, sağlam və işıq saçan gözləri olur. Düzdür, bizim pudel Çarlik artıq 3 ildir ki, yatmağa qoymur. O, artıq qocadır, onu yuxusuzluq incidir, gecələr yatmır və qaranlığa kor olmuş gözləri ilə baxır. Bizimlə birgə yataqda yatmağı vərdiş etdiyi üçün qorxuram birdən yıxılar. Təəssüflər olsun ki, özümüzün uşağımız olmadı, amma mənə elə gəlir ki, mən çox gözəl ana ola bilərdim. Lakin Tanrı başqa cür fikirləşib... Düzdür, mənə deyirdilər ki, əgər bizim uşağımız olsaydı, mən bu cür fədakarlıqla sevdiyim peşəyə qulluq edə bilməzdim.

- Sizin Maqomayevlə çoxdankı və möhkəm ulduz nigahınız var. Hansı səbəbdən o sarsılmazdır?

- Ola bilsin ki, ən əsası sevgidir. Eyni olan maraqlarımız da çoxdur. Xüsusən də söhbət musiqidən, oxumaqdan gedirsə. Müslüm televizordan kiminsə emosiya yaradan çıxışını görəndə həmin an mənə müraciət edərək "Bunu eşitdin?!" soruşur. Müslüm çox emosional insandır. Lakin onu da deməliyəm ki, zövqümüz və fikirlərimiz əksər hallarda üst-üstə düşür. Yeri gəlmişkən, mən özümü heç vaxt ulduz kimi hiss etməmişəm, xüsusən də Müslümün yanında. Ümumiyyətlə, mən belə düşünürəm ki, "ulduz" sözü bu gün təhqiredici səslənir. 19 yaşında ümumittifaq şöhrəti qazanmış Müslüm həyatı bocunca onunla olub və daima onun təsdiqinə ehtiyacı yoxdur.

- Bu gün Maqomayev nəyə maraq göstərir?

- İnternetə çox maraq göstərir, musiqi yazır, şəkil çəkir - istedadları çoxdur, müasir texnikadan çox gözəl anlayışı var. Ən əsas isə bütün maraq göstərdikləri Müslümü evdən çıxmağa məcbur etmir, çünki o, evdən çıxmağı sevmir. Mən isə əksinə, camaat arasına çıxmağı xoşlayıram və həmişə məclisin ilhamı olmuşam. Bunun üçün mən nəyisə ixtira etməməli idim, mən sadəcə oxumağa başlayırdım. Və ətrafda, təvazökarlığıma görə üzr istəyirəm, sakitlik yaranırdı.

- Heyranedici effektdir. Yəgin ki, bu dəqiqələrdə kişilər sizi gözlərilə "yeyirdi"?

- Hər halda hər kəsin üzü mənə tərəf çevrilirdi.

- Onların həyat yoldaşları sizə "yaxşı" münasibət göstərirdi?

- Hədəli zənglər də az olmayıb.

- Doğrudanmı səs kişilərə bu cür təsir etməyə qadirdi?

- Daha doğrusu, səsin tembri. Üstəgəl xasiyyət və cazibəlik. Və əlbəttə intellektin mövcudluğu.

- Bəs gözəl gözlər və möhtəşəm görünüş?

- Gözlər və qamət ilk dəqiqələrdə təsir bağışlayır, lakin qadın heyrətli ağzını açanda sehrli obraz sönə bilər...

Bu il yubileyini qeyd edəcək əfsanəvi müğənni Müslüm Maqomayevə gəldikdə isə müsahibələrinin birində, rus müğənnisi olub-olmamağı ilə bağlı suala cavabında deyib: "Mən özümü rus müğənnisi hesab etmirəm. Mən daha doğrusu beynəlmilələm. Mən sadəcə olaraq ömür boyu Rusiyada yaşamışam və həzlə rus dilində oxumuşam. Ruslar məni dinləyirdi və sevirdi. Lakin mən Bakıda doğulmuşam, yaşamışam və böyümüşəm. Sonradan qismət belə gətirib ki, mən Azərbaycanın mədəniyyət nümayəndə heyətinin tərkibində Moskvaya gəldim, Qurultaylar sarayının səhnəsində çıxış etdim və həmin an məni bütün SSRİ tanıdı. Əgər o vaxt mən buraya gəlməsəydim, ola bilərdi ki, məqsədimə çatmazdım. Buna görə mən həmişə deyirəm - Azərbaycan mənim atam, Rusiya anam, doğum evim isə Qurultaylar sarayıdır (hazırkı Kreml sarayı).

 

Kaspi.- 2007.- 15 mart.- S. 14.