Amerika pianoçusu Bakıda
master-klass təşkil edib
ABŞ-ın ölksmizdəki Səfirliyinin təşkilatçılığı ilə Amerikanın tanınmış pianoçusu Roman Rudniski Azərbaycana səfər edib. Dünən pianoçu Bülbül adına Orta İxtisas Musiqi Məkətibinin yuxarı sinif şagirdləri üçün master-klass təşkil edib.
Tədbirdə çıxış edən R. Rudniski musiqiçi ailəsində anadan olduğunu və Culiart Musiqi Məktəbinin fortepiano sinfində dərs aldığını deyib: "Azərbaycana ilk dəfədir səfər edirəm və burada olmağımdan şərəf duyuram. Üç gün davam edəcək səfər çərçivəsində Bakı Musiqi Akademiyasında konsert proqramı ilə çıxış edəcəyəm. Bununla yanaşı, şəhərinizdə fəaliyyət göstərən digər musiqi məktəblərində də master-klasslar keçirəcəyəm. Azərbaycana səfərimin əsas məqsədi öz təcrübəmlə burdakı gənc musiqiçiləri tanış etmək və bildiklərimi onlara öyrətməkdir". İki saata yaxın davam edən master-klassda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında klassik
əsərlər
səslənib. Qeyd edək ki. Roman Rudniski
Musiqi Akademiyasında
konsert proqramı ilə çıxış
edib.
Səs.- 2007.- 29 mart.- S.
16.