Leyla
Musiqiçilərimiz
Fraıısada
Mədəniyyət
və Turizm Nazirliyindən aldığımız məlumata
görə, fevralın 28-də musiqiçilərimiz Fransa
Senatının "Salon de-boffrand" zalında konsert
proqramı ilə çıxış ediblər.
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və nazirliyin
təşəbbüsü ilə keçirilən konsertdə əməkdar artist, pianoçu Yeganə
Axundova, vokalçılar Samir Cəfərov, Aygün Qurbanova və
konsertmeyster Məlahət İsınayılovanın ifaları
dinlənilib.
Üzeyir Hacıbəyovun,
Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq
Quliyevin
əsərləri ilə yanaşı, gecədə dünya
şöhrətli digər bəstəkarların da
musiqiləri səsləndirilib.
Yaddaş.- 2007.- 1 mart.- S. 2.