Nizamiqızı
G.
Dəyərli
mahnılar az təbliğ olunur"
Azərin:
"İncəsənətlə dünyaya çoõ şeyi çatdırmaq
olar"
Müsahibimiz klassik mahnıların
ifaçısı və diaspora təşkilatlarının
tədbirlərinin fəal iştirakçılarından olan
əməkdar artist Azərindir. Bütün proseslərdə fəal
iştiraka can atan və özünəməõsus ifa tərzi və
düşüncələri olan Azərin türk
dövlətlərinin birliyindən, sənət
adamlarının bu işdəki fəaliyyətindən
danışdı.
Türklərin
Azərbaycanda cəm olmasının böyük
əhəmiyyəti var
Azərin õanım, martın 9-da
Azərbaycan və türk diaspora təşkilatları
rəhbərlərinin l forumu keçiriləcək. Bu forumdan nə gözləyirsiz?
-Əvvəla,
bir vətəndaş kimi Õarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin bu layihəsini çoõ yüksək
qiymətləndirirəm. Mən
həmişə Türkiyə ilə yaõşı münasibətlərin
qurulmasının tərəfdarı olmuşam. Bu ölkə ilə din, dil yaõınlığımız var.
Hətta adət-ənənələrimiz də eynidir. Azərbaycan bu gün Türkiyə ilə eyni
problemi yaşayır. Hər iki
ölkənin Ermənistanla problemi var. Yəni, Azərbaycan
Türkiyə ilə birlikdə çoõ şey edə bilər. Prezidentimizin Antalya toplantısındakı və
başqa çıõışlarını
diqqətlə izləmişəm. Bilirəm
ki, hələ o vaõtlar
bu forum planlaşdırılırdı. Türklərin
Azərbaycanda cəmlənməsinin õalqımızın dərdinin, bugünkü
probleminin dünyaya çatdırılması
üçün böyük əhəmiyyəti olacaq. Bu, böyük bir hadisədir və bir
vətəndaş kimi hər birimiz buna çoõ sevinməliyik.
Bəzən
siyasətçilərin edə bilmədiklərini
müğənnilər həyata keçirir
Necə
düşünürsünüz, diaspora quruculuğunda
incəsənət adamlarının nə kimi rolu var? Bu işdə onların fəaliyyəti təkcə
konsertlərlə yekunlaşır?
-Biz diaspora komitəsi ilə
müõtəlif
tədbirlərdə görüşmüşük. Belə tədbirlərə müğənni kimi
qatılsam da, təşkilatçıların
söhbətlərini, konfranslar zamanı
səsləndirilən fikirləri çoõ dinləmişəm. Elə vaõtlar
olur ki, siyasətçilərin edə, dilə gətirə
bilmədiklərini müğənnilər öz
mahnıları ilə çatdırır. Ümumiyyətlə, incəsənətin dililə
çoõ
mətləbləri anlatmaq olar. Söhbət
təkcə ifaçılıqdan getmir.
Rəssamlıq, kino, heykəltaraşlıq və s.
sahələrin böyük əhəmiyyəti var.
Konsertlər zamanı insanların bizi dinləyərkən
hansı hisslər keçirdiklərini
görmüşük. Ən azından biz
Qarabağ problemini mahnılar vasitəsilə anlada bilirik.
Vətəndaş olaraq mənim
üçün Qarabağ probleminin həll olunması
vacibdir. Ona görə də diaspora
təşkilatlarının tədbirlərində iştirak
edərkən daha çoõ
vətənpərvərlik mahnıları ifa etməyə
çalışıram. Heç olmasa,
mahnılarımla oradakı insanların
çiyinlərinə yük qoyuram. Bütün
bunları nəzərə alıb, diaspora komitəsinin
hər addımını yüksək qiymətləndirirəm.
Hazırda ermənilər diasporalarının
100 illiyini qeyd edirlər. Əslində
belə bir rəqəm yoõdur.
Sadəcə, onlar Azərbaycan musiqisi,
mədəniyyətini oğurlamalarını,
torpaqlarımızı işğal etmələri və başqa işlərini diaspora
fəaliyyəti kimi qiymətləndirirlər. Onlar
insanları qətlə yetirərək istəklərinə
nail olurlar. Bütün bu
"qəhrəmanlıqlar"ını nəzərə alan ermənilər diaspora
fəaliyyətlərinin 100 illiyini qeyd edirlər. Bu gün Azərbaycan diasporasının 5, ya 7
yaşı olar. Artıq qısa bir vaõtda diaspora komitəsi ilə
birgə õeyli
iş görülüb. Heydər Əliyev
Fondunun Õocalı
faciəsinin tanıdılmasıyla bağlı etdiklərini
də bura qatıram. Bütün
bunları nəzərə alaraq deyə bilərəm ki, bu
5-7 ildə çoõ
şey etmişik. Amma bizim də
çatışmazlıqlarımız var. 15-16 ildir,
müstəqilliyini əldə etmiş dövlətdə
yaşayırıq. Düşünürəm
ki, bir neçə ildən sonra daha böyük
nailiyyətlər əldə edəcəyik.
Bu gün
sənətçilər öz paylarına
düşənləri icra edirlərmi? Õalq və bəstəkar
mahnılarımızı ermənilər öz adlarına
çıõıb
oõuyurlar.
Müğənnilərin bir araya gəlib onlarla
mübarizə istiqamətində nəsə etdikləri
görünmür...
-Bu baõımdan biz ağır
vəziyyətdəyik. Amma
müğənniləri də qınamaq olmaz. Bu, dövlət səviyyəsində
görüləsi işdir. Müğənninin
öhdəsinə oõumaq
düşür. Mən bu gün Üzeyir
bəyin əsərlərini getdiyim yerlərdə oõuyuram və bu
əsərlər maraqla qarşılanır. Elə olur ki, dəfələrdə
tamaşaçılar belə əsərləri
səsləndirməyi õahiş
edir. Amma bu gün bizim ən dəyərli
kompozisiyalarımızı ermənilər öz adlarına
çıõarırlar.
Mənim "Çırpınırdı Qara
dəniz", Brilliant Dadaşovanın "Vokaliz", milli
rəqs və õalq
mahnılarımızı hazırda öz mahnıları kimi
təqdim edirlər. Avropa
ölkələrində, eləcə də
Türkiyədə mahnılarımız anonim təqdim olunur.
Yaõşı
olardı ki, bütün mahnılar toplu halında notları
ilə bərabər çap olunsun. Yəni
burada mahnıların sözləri və musiqisinin də
kimə məõsus
olduğu qeyd olunardı. Belə bir kitab õaricdə çap olunsa,
əcnəbilər biləcəklər ki, filan mahnı
Azərbaycana məõsusdur.
Təəssüflə deməliyəm ki, bu gün
Azərbaycanda bununla bağlı heç bir iş
görülmür.
Siz həm klassik, həm
də vətənpərvərlik mahnılarının
ifaçısı kimi tanınırsınız. "Çırpınırdı Qara dəniz"
sanki sizin ikinci vəsiqənizdir. Fikrinizcə,
cəmiyyət, eləcə də gənclər bu mövzulu
mahnıları sevirlərmi? Əksəriyyət
düşünür ki, bizim gənclər belə
mahnılara yad münasibət bəsləyir.
-Mən bu
məsələyə başqa istiqamətdən baõıram. Dəfələrlə
gənclər təşkilatları tərəfindən
tədbirlərə məhz vətənpərvər
mahnıları oõumaq
üçün dəvət almışam. Deməli, belə ifalara da tələbat var.
Sadəcə, bu gün təbliğat çoõ zəifdir. Telekanallar,
radiolar belə mahnılara çoõ yer ayırmırlar.
Yalnız faciə günləri və bayramlarda bu tip
kompozisiyalar təqdim olunur. Halbuki Azərbaycan bu gün müharibə
vəziyyətindədir və torpaqları işğal
olunmuş bir ölkədir. Soyqırım
sözü hər gün səslənməlidir.
Müğənnilərin
belə əsərlərə müraciət
etməməsinə gəlincə, onların bu
istiqamətə maraq göstərməmələrinin öz
səbəbləri var. Düşünürlər ki, belə
mahnılar oõumaqla
heç nə qazanmayacaqlar. Onu da deyim ki,
bəstəkarların belə mahnılar
bəstələmədiklərilə bağlı
səslənən fikirlər də yanlışdır. Belə əsərlər kifayət qədər
yazılır. Onu da deyim ki,
mənə
Türkiyədən, Avropadan gənclər telefon
açıb konsertlərə vətənpərvərlik
mövzusunda olan mahnılarla bağlı dəvətlər
edirlər.
"Bizdə şou-biznes
deyil, toy biznesi var"
Dediniz ki,
vətənpərvər mahnılar o qədər də
təbliğ olunmur. Belə çıõır ki, bu gün
təbliğ olunan yalnız şou-biznesdir. Sizcə,
bizim şou-biznes nəyə qadirdir?
-Mən həmişə
demişəm - Azərbaycanda şou-biznes yoõdur. Yalnız
toy biznesi var. Əslində şounun öz
mədəniyyəti var. Şou mədəniyyətilə
insanlar dünyada böyük nailiyyət, gəlir əldə
edir və böyük miqdarda da vergi ödəyirlər.
Bununla yanaşı böyük konsertlər
verir və ölkələrini dünyada tanıdırlar.
Bu gün Azərbaycan hansı şou
mədəniyyətilə kənara çıõa bilir? Heç
bir şou-biznesdən danışa bilmərik. Ancaq qalmaqallar, dava-qırğınlar var.
Əslində bu, heç də şou-biznes deyil. Evində peyk antenası olan insanlar şou-biznesin
nə demək olduğunu yaõşı
bilirlər. Şou
mədəniyyətinə sahib olan insanlar tamam başqa
istiqamətdə işlər görürlər. Bunun ayrıca məktəbi var. Bu gün bizdə
bunların heç biri yoõdur.
Şou-biznesdən söhbət belə gedə
bilməz. Təsəvvür edin ki, bu
gün bir müğənni albomundan nə gəlir
əldə edə, nə də konsert verə bilir.
Yalnız kimsə sponsor tapıb Heydər Əliyev adına Sarayda konsert verir. Sovet vaõtında isə
təşkilat var idi. İnsanlar bu
təşkilat vasitəsilə nəinki Bakıda, rayonlarda
konsertlərlə çıõış edirdilər. Bu gün
müğənnilər Azərbaycanı dünyada tanıda
bilsəydi, o zaman hansısa şou-biznesdən danışa
bilərdik. Bizdə müğənni
yalnız toydan gəlir əldə edə bilir. Buna görə də nə şou-biznes, nə
də onun mədəniyyəti var.
"Çətinlik
qarşısında sınmıram"
Toylara
getmirsiniz. Bu halda dolanmaq çətin deyil? Hər bir halda müğənninin gündəlik õərci daha çoõ olur.
-Əlbəttə
ki, çətinlik var. Amma bu çətinlik
qarşısında sınmıram. Toya gedən
müğənnilərə də pis baõmıram.
Onlar dolanmaq, yaõşı yaşamaq
istəyirlər. Mənə gəlincə isə, heç vaõt çətinlikdən qorõmamışam. Az
gəlirə də dolanmağı bacaran insanam. Önəmli
olan sənətdi. Özümü dövlətimə õidmət etməyə və Azərbaycanı
õaricdə tanıtmağa həsr etmişəm. Hər insan
öz yolunu seçir. Mənim də seçdiyim yol budur.
Müğənnilərin
əksəriyyəti vergidən yayınır. Sizin belə
probleminiz olur?
-Mən
sadələşdirilmiş vergi ödəyirəm. Dövlət
bilir, kim nə qazanır və necə yaşayır. Plana
uyğun vergi ödəyirəm. Başqaları ilə də
maraqlanmıram. Bu gün hər hansı müğənni toy
şənliklərinə gedirsə, gəliri varsa, vicdanla
bunun vergisini ödəməlidir. Mən öz vergimi
ödəyirəm.
Musiqi
müsabiqələrinə münasibətiniz necədir?
Sizcə, belə layihələr istedadı ortaya çıõarmağa, ya gəlir əldə etməyə
õidmət edir?
-İstedadı
SMS-lə seçmək lazım deyil. "Azəri Star"da
idim. Mənə təsir edən məqamlar çoõ olurdu. İstedadlı uşaqlar SMS
azlığına görə çoõ irəli gedə bilmirdilər.
Bu, düz deyil. İstedadı SMS-lə seçmək olmaz!
İstedadı sənətdə sözünü demiş,
savadı olan insanlar seçməli və ona öz
tövsiyəsini verməlidirlər. Bu da bir həqiqətdir
ki, belə layihələrdən böyük gəlir
əldə edilir. Mən ümumiyyətlə, musiqi
müsabiqələrinə pis baõmıram.
Daha doğrusu, sırf münsiflər heyətinin
qərarı ilə keçilən
layihələr olsa, onu qiymətləndirərəm. Bu
gün hansısa gənc belə müsabiqələrdən
uğur əldə edirsə, onların arõasında
durmaq lazımdır. Onlar yalançı insanlara rast
gələndə və kömək görməyəndə sınırlar.
Operaya
uyğun səsiniz var. Maraqlıdır, niyə operada oõumursunuz?
-Heç
vaõt operaya həvəsim olmayıb. Baõmayaraq ki, konservatoriyanı bitirmişəm
və buna imkanlarım var. Düşünməmişəm
ki, operada oõuyum və operanın solisti olum.
Amma indi Opera Teatrından dəvət olsa və hansısa rol
oynamağı təklif etsələr, məmnuniyyətlə
qəbul edərəm.
Diaspora
təşkilatları ilə bağlı hansısa
ölkələrə səfərləriniz gözlənilir?
-Qarşıdan
gələn Azərbaycan və türk diaspora
təşkilatları rəhbərlərinin birinci Bakı
forumunda müğənni kimi iştirak edəcəm. Bundan
başqa Avropa ölkələri və Amerikadan
dəvətlər almışam. Ola bilər, təklifləri
qəbul etmədik. Bizim üçün əsas olan
təklifin kim tərəfindən gəlməsidir. Yəni
dəvətçi təşkilat, cəmiyyət
nümayəndəsi olmalıdır. Bununla yanaşı yeni
mahnılar üzərində işləyirəm. Hazırda
vətənpərvərlik mövzusunda olan kompozisiyaların aõtarışındayam.
Olaylar.- 2007.- 7mart.- S. 14.