Rəhimqızı Z.

 

Mehriban xanıma peşəkarların dəstəyi lazımdır"

 

Azərbaycan Milli Konservatoriyasının xanəndəlik fakültəsinin dekanı Məleykə Hüseynovanın fikrincə, muğam ifaçısı əvvəlcə öz mənəviyyatına varmalıdır

 

Son illər muğama xüsusi diqqət yetirilsə də, aradabir bəzən qərəzli hücumlar da edilməkdədir. Digər tərəfdən xanəndələrin əksəriyyətinin, xüsusilə gənclərin oxuduğu qəzəllərdəki sətiraltı ifadənin mənasını anlamaq, onların qatlarındakı İlahi mahiyyəti hiss etmək olmur. Daha doğrusu, ifaçının bunu çatdırmaq üçün əruzdan kifayət qədər məlumatlı olmadığı meydana çıxır. Telekanallar muğama çox yer verdikcə, bu cür problemlər özünü qabarıq göstərir. Bu baxımdan telekanallar muğamların ifasına geniş yer verməklə yanaşı, muğam fəlsəfəsi əruzun mahiyyəti ilə bağlı tələbə müəllimlər arasında mükaliməyə, səs sözün vəhdətinə zaman ayırsalar, çox gözəl olar. Çünki istər ifaçıların, istərsə dinləyicilərin böyük bir hissəsi Füzulinin "Ya rəbb, bəlayi eşq ilə qıl aşina məni" misrasındakı "bəla"nın bəla olduğundan hələ bixəbərdir.
Ta qədimdən bu yana muğam saz sənətinin Azərbaycanın mədəni dəyərlərinin sütunu olduğu vurğulanır. Muğamın tədris səviyyəsinin dərəcədə olması ilə bağlı silsilə yazıların başlanğıcı olaraq Azərbaycan Milli Konservatoriyasının xanəndəlik (solo oxuma) fakültəsinin dekanı Məleykə Hüseynova ilə görüşdük.
- Muğamın bugünkü tədrisi müəyyən dərəcədə məni qane edir. Sadəcə olaraq, indiki gənclərdə onu qavrama prosesi bir az ləng gedir. Çünki musiqiyə varan gənclərin daxilində mənəvi yoxsulluq hiss olunur. Ola bilsin, burada zəmanənin yaratdığı problemlər, ictimai şərait müəyyən rol oynayır. Bir az da səhlənkarlıq olanda, onlar ümumiyyətlə, "mənəviyyat" sözünü dərk etmək istəmirlər. Buna görə hisslərini musiqiyə ötürə bilmirlər. Musiqi duyumu yalnız mexaniki qaydada hiss olunur. Yəni qəzəli əzbərləyib, onu muğamın şöbələrinə uyğunlaşdırırlar, amma özününküləşdirmirlər.
Musiqini duymaq üçün ifaçı əvvəlcə mənəviyyatına varmalıdır. İndiki gənclərdə mənəviyyat anlamı ən böyük bəladır. Dərs zamanı tələbələrimlə diskussiya edən zaman onlar mövzu ətrafında danışmaqdan çəkinirlər. Sətiraltı ifadələrlə onların dilinin arxasında duran fikirləri öyrənməyə çalışıram. Bəzi tələbələrimiz var ki, onların ifasından mənəvi zövq ala bilirik. Onlara qulaq asanda "musiqini duydum" deyirik. Deməli, onun hansısa fəlsəfi fikri var o, bunu musiqidə bizimlə bölüşməyə çalışır. O, musiqinin özünün kiçik mənəvi dünyasında yaşada bilir. Həyat eniş yoxuşdan ibarətdir. Musiqinin bəmləri kulminasiya nöqtəsi var. İfaçı həmin eniş-yoxuşla musiqini hərəkət etdirməyi bacarırsa, bu göstərir ki, onun duyum hissi var.
- 74 illik SSRİ dövründə klassik ədəbiyyatımızdan, muğam fəlsəfəsindən, qəzəllərin mahiyyətindən
uzaq düşdük. O dövrdə formalaşan klassikanın bu gün mənfi təsirini hiss edirik. Nəinki gənclər, hətta yaşlı nəslin bəzi nümayəndələri belə oxuduqları qəzəlin mahiyyətindən, alt qatından xəbərsizdirlər. Bunu aradan qaldırmaq üçün bizə lazımdır?
- Bu sahədə, sadəcə olaraq, təbliğat kampaniyasını sürətləndirmək lazımdır. Təbliğatı da elə aparmaq lazımdır ki, demək istədiyin sözü dinləyici qavraya bilsin. Poetika söz sənətidir. Bu söz sənətini açmaq üçün özün bu sənətə malik olmalısan.
- Telekanalların əksəriyyəti muğamın təbliğatına böyük yer verir. Amma forma etibarı ilə bunları bir-birindən fərqləndirən cəhətlər azdır. İfa ilə yanaşı qəzəllərin dünyasını açmaq üçün verilişlərə mütəxəssislər cəlb edilməsinə dərəcədə ehtiyac var?
- Musiqi həm fərdi intuisiya deməkdir. Hər kəsin ayrı-ayrılıqda qavrama xüsusiyyəti var. Bir yenilik olaraq ideyanız təqdirəlayiqdir, amma bu təklifin mütləq dəyərləndirilməsi lazımdır.
- Muğam haqqında bəzən tənqidi fikirlər səslənir. Sizcə, ümumi təhsil prinsipləri ilə fərdi yaşam fəlsəfəsini bir araya gətirməyin yolu tapılırmı?
- Təkrarçılıq olsa da, bildirim ki, hər şey mənəviyyatdan doğur. Sənət intuisiyadır, intuisiya isə fərddir. Həyat təcrübəmə əsaslanaraq deyirəm ki, qarşında olan tələbələrin hər birinə ayrıca şəxs kimi baxıb, onun dünyasını açmağı bacarmalısan. Bunun üçün isə səndə onu dinləmək bacarığı olmalıdır. Şəxsən bizim məktəbdə tələbələrin ən böyük arzusu budur ki, onları dinləsinlər. Ürəklərini riqqətə gətirən mövzu ətrafında onları danışdırmaq lazımdır.
- Sevdiyiniz tələbələr yəqin ki var...
- Bəli.
- Belə bir təkliflə çıxış edə bilərsinizmi ki, səsinə mənəvi dünyasının zənginliyinə güvəndiyiniz tələbələrin diskləri buraxılsın? İmkanlarını daha böyük səhnələrdə göstərmək üçün onlara bir təkan verilsin. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri Mehriban Əliyeva böyük xanəndələrimizin səslərini toplu şəklində çıxarmaqla böyük işlər gördü. Bəlkə ona müraciət edib bu layihəni tələbələrinizin iştirakı ilə davam etdirəsiniz? Üstəlik bu addım tələbələrin muğama marağının artmasına da təkan verə bilər.
- Siz mənim sarı simimə toxundunuz. Doğrudan da ürəyimdən keçən niyyətdir ki, vaxta bu mövzu ətrafında Mehriban xanımla görüşüm. O, unudulmaqda olan muğam sənətini dirçəldib yenidən bizə bəxş etdi. Bunun ardınca meydana gözəl səs imkanı olan gənclər çıxdılar. Amma muğamda kampaniyaçılığın yaranmasına imkan verməməliyik. Bunun üçün Mehriban xanıma peşəkar insanların dəstəyi lazımdır. İçində özü boyda musiqi yükü daşıyan tələbələrimizin imkanlarını səfərbər etmək üçün Mehriban xanımın köməyi ilə böyük layihələrin təşkilinə ehtiyac var. Bu yaxınlarda məktəbdə keçirilən konsertlərin birində yeni bir səs eşitdim tələbəyə dedim ki, "sənin səsin qarşısında baş əyirəm". O səsi ona Allah verib. O istedadı üzə çıxarmaq üçün Mehriban xanımın tutduğu bu yolda ona həmyoldaş olmaq lazımdır.

 

Ayna.- 2007.- 3 mart.- S. 21.