Samirə

 

Qrammofon Valları Evi

 

Yaxud səslər bizə deyir?

 

Səsyazma sahəsinin əcdadı

 

Bu günlərdə Dövlət Səs Arxivinin texniki təchizatının yaxşılaşdırılması işinə start verildi. Qədim nadir qrammofon vallarını, lent yazılarını lazımi şəraitdə mühafizə etmək bundan sonra daha rahat olacaq. Hesab etdik ki, kaset disklərin, ümumiyyətlə, səsyazma sahəsinin əcdadı olan qrammofon yazı studiyamızın tarixi haqqında məlumat vermək maraqlı olar.
   İlk qrammofon yazı studiyaları hələ XIX əsrin 80-ci illərindən etibarən fəaliyyətə başlamışdı. Tarixi sənədlərdən bəlli olur ki, XX
əsrin əvvəllərindən bu cür studiyalar Baltikyanı ölkələrdə işə başladı.
   Riqada ingilis səhmdar cəmiyyəti tərəfindən təşkil edilmiş "Qrammofon" adlı vallar fabrikində 1901-1902-ci illərdə Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin digər musiqi xadimlərimizin səsləri
, ifaları yazılmış vallar buraxılmışdı. 1916- ildə isə "Qrammofon" fabrikində Üzeyir Hacıbəyovun "Leyli Məcnun" operasının val yazısı musiqisevərlərə hədiyyə edildi. Xanəndə, müğənni bəstəkarlarımızın Riqanın "Qrammofon" fabriki ilə əməkdaşlığı Bakıda da Qrammofon Valları Evinin yaradılması zərurətini doğurdu. Amma Şərqdə ilk opera baletin meydana çıxdığı bir ölkə olmağımıza baxmayaraq, texniki biliklər sahəsindəki irəliləyişimiz yaradıcı addımlarımıza çata bilmədi. Azərbaycan Qrammofon Valları Evi yalnız 1975-ci ildən etibarən SSRİ Mədəniyyət Nazirliyinin Ümumittifaq "Melodiya" firmasının əmrinə əsasən fəaliyyətə başlayıb. 15 illik fəaliyyət dövrü ərzində Qrammofon Valları Evi özünün nəzdində açdığı "Şur" firma mağazasında valların, sonralar kasetlərin buraxılmasını satışını, Kubada, Macarıstanda, Çexoslovakiyada, Hindistanda, Bolqarıstanda, Yuqoslaviyada çıxmış val kasetlərin sərgi-satışını təşkil etmişdi. 1988-ci ildə isə Azərbaycan Qrammofon Valları Evi Moskvada baş tutan səsyazma firmalarının I beynəlxalq sərgi-yarmarkasının təşəbbüskarlarından biri olmuşdu.
   Qrammofon Valları Evinin 15 illik fəaliyyəti ərzində Azərbaycan xalq bəstəkar musiqisi yazılmış 612 diski kataloqlaşdırılıb. 1987-ci ildə Qrammofon Valları Evi aşıqlarımızın ifasında "Koroğlu" dastanını, 1991-ci ildə 7 diskdən ibarət "Azərbaycan aşıq havaları" çap edib. Uşaqların musiqi zövqünü formalaşdırmaqdan ötrü məktəb tədrisi proqramına daxil olan "Dinlə çal", nağıllar, uşaq mahnıları, Nazim Əliverdibəyovun "Cırtdan" nağıl-operası digər disklər Qrammofon Valları Evinin məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Burda həmçinin mədəniyyət xadimlərimizin yubileyləri münasibətilə "Azərbaycan yazıçılarının yaradıcılıq portretləri" seriyası, qiraət ustaları olan aktyorlarımızın ifasında nəsr nəzm nümunələri, estradamızın ən parlaq nümayəndələrinin ifaları yazılmış val, kaset disklər buraxılıb.
   1986- ildə xalq mahnısı sahəsində ən çox satılmış diskin ifaçısı kimi Zeynəb Xanlarovaya "Melodiya" Ümumittifaq Qrammofon Valları Firmasının "Qızıl val" mükafatı təqdim edilmişdi. Bizdən öncə bu mükafatı Rusiya Ukrayna ifaçısı almışdı.
   1970-ci illərədək Qrammofon Valları Evində toplanmış səslərin bir qismi Moskvadakı "Melodiya" firmasında, daha böyük hissəsi isə Tbilisi filialında yazılıb.
   Tbilisi studiyasının əməkdaşları ildə iki dəfə Bakıya gələr, indiki Şəhriyar adına Mədəniyyt Mərkəzində yazılış keçirərmişlər.
   Azərbaycan Qrammofon Valları Evinin fəaliyyətində səmərəli məqamlardan biri audio-video vasitələrinin köməyi ilə Azərbaycan milli musiqisinin təbliğinə yönəlmiş böyük layihələrin gerçəkləşdirilməsidir. Məsələn, 1988-ci ildə Cabbar Qaryağdıoğlunun 127 yaşının tamam olması münasibətilə keçirilmiş müsabiqənin, 1991-ci ildə "Azərbaycan dilini öyrənirik" komplektləri gərəkli işlər sırasındadır

 

Həftə içi.- 2007.- 17-27 mart.- S. 8.