Səid Rüstəmovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

 

Muğam Teatrında bəstəkar Səid Rüstəmovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə çıxış edən teatrın direktoru Arif Qazıyev S. Rüstəmovun çoxşaxəli yaradıcılığa malik olduğunu bildirib, bu tədbirin Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən olduğunu vurğulayıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti Ramiz Zöhrabov deyib ki, S. Rüstəmovun mahnıları 40 il əvvəl bəstələnməsinə baxmayaraq, bu gün sevilə-sevilə ifa edilir: “Səid Rüstəmovun sevgi, vətən mövzusunda olan mahnıları daha çoxdur. İstərdim ki, gənc bəstəkarlar onun yaradıcılığından istifadə etsinlər”. Yubiley mərasimində bəstəkarın mahnıları müğənnilər tərəfindən ifa olunub.

 

Ekspress.- 2007.- 29 mart.- S. 16.