Şirvanşahlar Sarayında YUNESKO-nun dəstəyi ilə həyata keçirilən "Əbədi muğam" layihəsinin icrasına başlanmışdır

 

Martın 14- "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyində YUNESKO-nun Azərbaycan muğamına dəstək məqsədilə həyata keçirdiyi "Əbədi muğam" layihəsi çərçivəsində ilk muğam axşamı təşkil edilmişdir.
"Şirvanşahlar Sarayında Muğam axşamı" silsiləsindən birinci
konsertdə xalq artisti Ağaxan Abdullayev "Zabul-segah" dəstgahını ifa etmişdir. Xanəndəni tarda Malik Mansurov, kamançada Elşən Mansurov müşayiət etmişlər.
Xüsusi ustalıq məharətlə ifa edilən muğam tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Konsertdə iştirak edən xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycan muğamlarının ritminə, insana xoş ovqat bəxş etmək gücünə heyran olduqlarını bildirmişlər.
Xalq artistləri Arif Babayev, Habil Əliyev, Ramiz Quliyev, Ağaxan Abdullayev başqaları jurnalistlərlə söhbətlərində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın muğamlarımızın dünyada tanınmasında, təbliğində göstərdiyi əsl fədakarlığı yüksək qiymətləndirdilər, onun şəxsi dəstəyi ilə hazırda muğam sənətinə ikinci həyat bəxş edildiyini vurğuladılar. Bu layihəni həmin diqqət qayğının məntiqi nəticəsi olduğunu diqqətə çatdırdılar.
Tədbirin təşkilatçılarının bildirdiyinə görə, layihə çərçivəsində gələn ilin sonunadək hər həftənin çərşənbə günü belə konsertlər təşkil olunacaq. İki il davam edəcək layihə respublikanın bütün bölgələrini əhatə edəcək bu müddətdə həm qocaman, həm gənc ifaçıların çıxışları təşkil ediləcək.
Qeyd edək ki, YUNESKO-nun "Əbədi muğam" layihəsində əsas iki istiqamət nəzərdə tutulur. Birincisi, muğamların arxivləşdirilməsi, sənədləşdirilməsi, yəni yazıya alınıb elektron disklərə köçürülməsi, ikincisi isə muğamların təbliği məqsədi ilə belə konsertlərin təşkil olunmasıdır.
Tamaşadan sonra muzeyin əsaslı şəkildə yenidən qurulmuş, milli arxitektura elementləri ilə bəzədilmiş salonunda Rəna Rzayeva Ruslan Bayramovun əl işlərinin sərgisi nümayiş etdirilmişdir.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev konsertdə olmuşdur.

 

Azərbaycan.- 2007.- 15 mart.- S. 6.