Turanə

Şirvanşahlarda muğam axşamı

Şirvanşahlar Saray KompleksiDövlət Tarixi-Memarlıq Qoruq Muzeyində muğam axşamı keçirilib. YUNESKO-nun muğamımıza bir dəstək olaraq həyata keçirdiyiƏbədi muğamlayihəsi çərçivəsində baş tutan ilk gecədə Mədəniyyət turizm naziri Əbülfəs Qarayev, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.

GecədəZabul-segahdəstgahını ifa edən xanəndə, Xalq artisti Ağaxan Abdullayevi tarda Malik Mansurov, kamançada Elşən Mansurov müşayiət edib. Gecənin qonaqları Azərbaycan muğamının ecazkarlığına, insana mənəvi qida olmasına bir daha şahid olublar.

Tədbirə qatılan Xalq artistləri Habil Əliyev, Arif Babayev, Ramiz Quliyev ölkəmizin birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın muğamımıza olan diqqət qayğısından söhbət açıblar. Sənətkarlarımız milli mənəvi sərvətimiz olan muğamın dünya miqyasında tanınmasında Mehriban xanım Əliyevanın yürütdüyü işləri yüksək qiymətləndiriblər. Bildiriblər ki, onun əzmliyi ilə muğam sənətinə bu gün yeni bir həyat bəxş edilib.

Layihə çərçivəsində gələn ilin sonuna kimi konsertlər düzənlənəcək. Hər həftənin çərşənbə günü baş tutacaq muğam axşamlarında sənət ustalarımızın biri-birindən maraqlı çıxışları reallaşacaq. İki il davam edəcək layihə respublikanın bütün bölgələrini əhatə edəcək bu müddətdə həm qocaman, həm gənc ifaçıların çıxışları təşkil ediləcək. Belə konsertlərin təşkil olunaraq, muğamımızın təbliğ olunması YUNESKO-nunƏbədi muğamlayihəsinin ikinci istiqamətidir. İlk isə muğamların arxivləşdirilərək, sənədləşdirilməsidir. Bu mərhələdə muğamlarımız əsasən lentlərə alınmalı, elektron disklərə köçürülməlidir.

Muzeyin milli arxitektura elementlərilə işlənilmiş, yenidən qurulan salonunda Ruslan Bayramov Rəna Rzayevanın əl işləri sərgilənir.

Yeni Azərbaycan.- 2007.- 16 mart.- S. 8.