Mstislav RostropoviçHeydər Əliyevordeni ilə təltif olundu

 

Azərbaycan Prezidenti dünya şöhrətli musiqiçinin yubiley tədbirlərində iştirak edib

 

Dünən Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli musiqiçi və dirijor, maestro Mstislav Rostropoviçin 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək üçün Moskvaya gedib. Yeri gəlmişkən, dünən dövlət başçısı, həmçinin, Mstislav RostropoviçinHeydər Əliyevordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb. Dövlət başçısı 80 illik yubileyi münasibətilə Mstislav Rostropoviçə təbrik məktubu da göndərib. Məktubda deyilir ki, maestronun sənəti violonçel ifaçılığı tarixində yeni bir dövr açıb. “Yaradıcılığınızı tədqiq edənlər xüsusi vurğulayırlar ki, ifanızda nəinki bütünlüklə dünya violonçel musiqisinin repertuarı, eləcə Sizin üçün bəstələnmiş yüzdən artıq əsər səslənmişdir. Hazırda dünyanın müxtəlif guşələrindəki istedadlı gənc violonçelçalanları bir araya gətirən ən nüfuzlu müsabiqənin şərəfinizə keçirilməsi vurğunu olduğunuz çalğı aləti haqqında mövcud təsəvvürləri dəyişə bilməyinizin bariz göstəricisidir”.

Bununla yanaşı, məktubda qeyd olunur ki, Rastropoviçin totalitarizmə qarşı atdığı addımlar, Berlin divarı Moskvada parlament binası önündəki çıxışlarınız siyasi fəaliyyətinizin yaddaqalan nümunəsi olub XX əsrin tarixinə aid dərsliklərə daxil edilib. Əldə etdiyiniz uğurları bəşər övladının mənafeyi naminə yönəltməyiniz yalnız Sizə xas olan xüsusiyyətlərdəndir. Bütün dünyada, o cümlədən Azərbaycanda mədəniyyət, təhsil səhiyyə sahələrində gördüyünüz xeyriyyəçilik işləri bunu bir daha təsdiq edir. “İnanıram ki, yaradıcılığınızı səciyyələndirmək cəhdi bütün hallarda ifadəsi qeyri-mümkün olan ucsuz-bucaqsız bir aləmi anlatmaq istəyindən başqa heç olmayacaqdır. Sizin fəaliyyətiniz, şübhəsiz, elə bir fenomendir ki, onu həm musiqiçilər, həm siyasətçilər zaman keçdikcə dərk edəcəklər. Yalnız onu deyə bilərəm ki, şəxsən məndən ötrü Sizinlə hər ünsiyyətim hamını təkrarsız şəxsiyyəti, müdrikliyi, cazibəsi iti zəkası ilə heyran edən qeyri-adi bir insanın dünyasına nüfuz etmək imkanıdır. Dmitri Şostakoviçin 100 illik yubileyinə həsr edilmiş Bakı festivalı günlərindəki son görüşümüz zamanı mən buna bir daha əmin oldum”.

 

Yeni Azərbaycan.- 2007.- 28 mart.- S. 2.