Azərbaycan caz musiqisinin banisi
Bildiyimiz
kimi, 16 mart dünyaşührətli cazmen Vaqif
Mustafazadənin doğum günüdür. Bu münasibətlə dünən sənətkarın
vaxtı ilə yaşadığı məkanda
- Vaqif Mustafazadənin
ev-muzeyində Açıq Qapı günü təşkil olunmuşdu. Muzeyin ekspozisiyasını təşkil
edən nümunələrin
hər birində Vaqif Mustafazadənin büyük sənətini
əks etdirən əsərlər üz əksini tapmışdır.
Bu muzeydə sənətkarın şəxsi
arxivini təşkil edən geyim və istifadə etdiyi avadanlıqlarla yanaşı, ona dünya şührəti
gətirən əsərləri
də qorunaraq saxlanılır. Muzeyin foyesində divar
boyu asılmış
fotoşəkillərin hər
birində Vaqif Mustafazadənin sənət
yolunun müəyyən
məqamları təcəssüm
etdirilir ki, bu cansız, lakin zamanı üzündə yaşadan
nümunələrdə sənətkarın
əlaqədar olduğu
şəxslərin simaları,
eləcə də, onun fortepiano arxasında yaşadığı hisslər
üz əksini tapmışdır. Vaqif Mustafazadə 1979-cu ildə
dünyasını dəyişmişdir.
Həmin ildən 28 il ütür. Bu illər ərzində
sənətkar nəinki
sənətsevərləri musiqi yaddaşından kənarlaşmış, əksinə,
ona yaranan ehtiyacdan bu məsafə
daha da yaxınlaşmış,
hər kəs onu daxili dünyasında
hiss etmişdir. Azərbaycanın musiqi sənəti
tarixinə adını
büyük cazmen kimi daxil edən
Vaqif Mustafazadə yaşadığı illərdə
müəyyən şəxslər
tərəfindən qəbul
olunmasa da, zamanın axarı onun sənət dünyasına lazım olan bir prizmadan
yanaşmağı tələb
etdi. Çünki o, novator, musiqiçi idi. Təbii ki, yenilik ideyaları ilə sənətə gələn musiqiçilər
belə münasibətləri
yaşamışlar. Həyatda cəmi
39 il yaşayan, lakin qısa bir müddətdə büyük bir sənət nümayiş
etdirən Vaqif Mustafazadə 8 yaşında
ikən Niyazi ilə tanış olduğu zaman onun büyük istedad sahibi kimi tez bir
zamanda parlaması maestronun diqqətindən yayınmamışdır. Balaca Vaqif musiqi sənətinə
o qədər aludə olmuşdur ki, üzünü ifaçılıq sənətindən
kənarda hiss etməmiş, ilk dəfə olaraq, dünya cazının Azərbaycana aid olan nüvünün - muğam cazının əsasını qoymuşdur.
Dünyanın nəhəng
cazmenləri sırasında
nəfəsini, dəsti-xəttini tanıdan Vaqif Mustafazadəyə qədər milli caz elementlərini muğama əlavə etmək istəyən sənətkarlar da olmuşdur. Lakin onlar bunun yaradıcısına
çevrilə bilməmişlər.
Mərhum sənətkar
bu işin məsuliyyətini üzərinə
gütürüb, məhz
belə bir janrı Azərbaycan musiqi sənəti tarixinə daxil etdi. Sənətkarın ev-muzeyində əksini tapmış yaradıcılıq irsi Vaqif Mustafazadə sənətinin nəyə
xidmət etdiyini təsdiqləyirdi. Bu baxımdan
ki, qısa bir ümür yaşayan sənətkarın
beynəlxalq müsabiqələrdə
iştirakı və bu müsabiqələrin qalibi olması, musiqi janrının müxtəlif nümunələri
olan prelütlərin,
sonataların, fuqaların,
balladaların, skertsoların,
simfonik əsərlərin,
iki konsertin, 130 caz kompozisiyasının və s. nümunələrin
müəllifinə çevrilməsi
Vaqif Mustafazadənin ümür yolunun zənginliyini güstərən
amillərdir. Ev-muzeyində
yer almış bu əsərlər, eləcə də, Azərbaycanda dünya miqyasında şührət
tapan "Sevil" qızlar ansamblının
yaradıcısı olduğunu
əks etdirən nümunələr sənətkarın
yaşanan ümrünün
hər payında novatorçuluq meyillərini
işıqlandırır. Sənətkarın doğum günü
ilə bağlı ev-muzeyində təşkil olunmuş açıq qapı günündə Vaqif Mustafazadənin bəstələdiyi
və üzünün
ifasında olan musiqi nümrələri onun sənətinin işığına gələn
şəxslərə yüksək
züvq, sevgi bəxş etdi.
Səs.- 2007.- 17 mart.- S.
19.