Tünzalə Ağayevanın klassik, caz və milli musiqi layihəsi

 

Musiqili proqram dünya səhnələrini dolaşacaq

 

Tünzalə Ağayeva iki ay öncə mətbuat nümayəndələri ilə görüşündə klassik bir layihə gerçəkləşdirdiyi barədə onları məlumatlandırmamışdı. Layihəyə böyük məsuliyyətlə yanaşdığını deyən, Əməkdar artist həm rəhbər, həm ifaçı kimi bütün imkanlarını dərəcədə səfərbər edəcəyinə əmin olmaq istədiyi üçün təfərrüatı barədə onları bir qədər intizarda saxlamağı düşünmüşdü.

Hazırlıq müddəti 4 ay davam edən musiqili proqram tamamlanmağa doğru gedir. Müğənninin dahi bəstəkarların məşhur əsərləri ilə əhatə olunmuş yeni layihəsi yanr müxtəlifliyi ilə fərqlənəcək. Fikrət Əmirov məktəbi keçmiş Cəmil Əmirovla müğənninin birgə əməyinin məhsulu olan musiqili proqram konsert layihələri çərçivəsində həllini tapacaq qonşu ölkələrin səhnələrini dolaşacaq.

Öyrəndik ki, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Cahangir Cahangirov, Asəf Zeynallı, Qənbər Hüseynli Rafiq Babayevin musiqilərinin cəmini əhatə edən musiqili proqrama eyni zamanda, Cəmil Əmirov Tünzalə Ağayevanın yenibəstələri daxil ediləcək. C.Əmirovun aranyimanında T.Ağayevanın ifasında hazırlıq mərhələsini artıq geridə qoyan layihə A.Zeynallı C.Cabbarlının "Ölkəm" romansı ilə səhnəyə ilk addımını atıb. Əsər bu günlərdə Azərbaycan türk diasporunun birgə keçirdiyi forumda səsləndirilib. Aprelin ilk günündə isə romans Ülviyyə Könülün reyissor yozumunda ekran həyatı yaşayacaq.

Mayda təqdimatı keçiriləcək layihənin ilkin mərhələsinin təbliğatı məhz respublika ərazisi üçün nəzərdə tutulub. Eyni zamanda, tamaşaçılar Tünzalə xanımın ifasında bir çox musiqi parçalarını telekanallardan eşidəcəklər. Proqramı əhatə edən bütün əsərlər isə payızda təşkil ediləcək konsert layihəsində həllini tapacaq.

Hələlik 15 musiqili əsər üzərində dayanan T.Ağayeva dedi ki, siyahını genişləndirmək üçün yaradıcılıq layihəsini davam etdirəcək. Azərbaycandan sonra musiqili proqram Türkiyə, MDB dövlətləri, Almaniya bir sıra ölkələrin səhnələrini fəth edəcək. Proqrama bir neçə xalq musiqisi daxil etməyi düşünən T.Ağayeva qeyd etdi ki, xarici səhnələr üçün nəzərdə tutulan proqramı yanr müxtəlifliyi fərqləndirəcək. Belə ki, bəzi ölkələrin tamaşaçı auditoriyasının zövqünü nəzərə alan Əməkdar artist bu qənaətdədir ki, layihə həm caz, həm klassik, həm xalq üslubunu əhatə etsin. C.Əmirovla bu yönümdə çalışan müğənni bütün yanrlarda özü ifa edəcək.

Tünzalə xanım layihəyə "Salam" musiqi qrupunun da cəlb olunduğunu qeyd etdi. Yeddi nəfəri bir araya gətirən layihə bir məqsəd daşıyır: "Məqsəd Azərbaycanın klassikasını, xalq musiqisini caz imkanlarını səfərbər edib, onlara yeni nəfəs verməkdən ibarətdir".

 

Kaspi.- 2007.- 13 mart.- S. 17.