Musiqi
- mənim həyatımın
günəşidir
"Caz şahzadəsi"
Əzizə Mustafazadənin
Türkiyədə konserti
baş tutub. Ə.Mustafazadənin çıxışı
Lütfi Kırdar adına sarayın
Anadolu zalında keçirilib. Musiqiçi türkiyəli pərəstişkarlarına
"Təzadlar" adlı
yeni albomuna daxil olan əsərləri
təqdim edib. ?tən illərdə Əzizə Mustafazadənin
Cəmil Topuzlu adına teatrda
və Camal Rəşid bəy adına konsert zalında keçirilən
konsertləri Türkiyənin
musiqi ictimaiyyəti arasında böyük əks-səda doğurmuşdu.
Budəfəki konsertində Ə.Mustafazadə
orijinal caz üslublarını tətbiq
edərək Ravel, Rimski-Korsakov
və Şumanın əsərlərini özgün
tərzdə ifa edib. Türkiyə mətbuatına verdiyi
müsahibəsində o deyib
ki, "musiqi - mənim həyatımın
günəşidir". İyul ayında Ə.Mustafazadə
görkəmli musiqiçi
Bob Makferri ilə birlikdə Almaniyada çıxış edəcək.
Həftə içi.- 2007.- 1 mart.- S. 8.