Vəliyev M.

 

"Biz Bakıdaq" sirk sousu

 

1967-ci ildən fəaliyyət göstərən Bakı Dövlət Sirkində hər il bir-birindən maraqlı rəngarəng proqramlar nümayiş etdirilir. Novruz bayramı ərəfəsində martın 16-dan aprelin 8-dək davam edəcək yeni proqramda uzun illər Rusiyada digər xarici ölkələrdə çalışan həmyerlilərimiz - milli sirk ustalarımız tamaşaçılar qarşısında məharətlərini göstərəcəklər. "Öz sirkimiz, öz proqramımız", "Biz Bakıdanıq" adlı bu proqramla çıxış edən sirk ustalarımızın 2003-cü ildən bir yerə toplaşmaq arzusu axır ki reallığa çevrilmişdir. Yeni proqramla bağlı keçirilən mətbuat konfransında açıqlama verən sirkin direktoru Vaqif Bağırzadə milli sirk ustalarımızın özünəməxsus uğur qazandıqlarını, şöhrətləndiklərini vurğuladı. qeyd etdi ki, onlar vətəndən uzaqda yaşasalar da, fəaliyyət göstərsələr doğma Bakımızla, onun çoxsaylı tamaşaçıları ilə heç vaxt əlaqələrini kəsməmişlər. Azərbaycan tamaşaçıları qarşısında çıxış edəcək 30 nəfər iştirakçı haqqında mediya iştirakçılarına məlumat verdi. Rusiya sirkində çalışan təlimçi, Rusiyanın əməkdar artisti Murad Abdullayev, 1987-ci ilə qədər Bakı sirkinin direktoru işləmiş, mərhum Fuad Nəzirovun oğlu Rüfət Nəzirov, qızı Tamilla Nəzirova, nəvəsi Yura Nəzirov, Rəsulovlar ailəsindən olan, Rusiyanın əməkdar artisti Rauf Rəsulov, məşhur kəndirbazlar ailəsindən olan Dövlət Zalov, təlimçi Aydın İsrafilov, qardaşı Allahverdi İsrafilov, 15 yaşlı Anar Cəbrayılov, Bəxtiyar İbrahimov başqaları haqqında öz ürək sözlərini söylədi, qazandıqları uğurlar haqqında iştirakçıları məlumatlandırdı.

Bu möhtəşəm proqramda əhlilləşdirilmiş heyvanlar, şən klonlar, super mrələr tamaşaçıların marağına səbəb olacaq. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov onu da vurğuladı ki, sirkimizdə çoxillik təcrübə, özünəməxsus ənənə bu gün davam etdirilir, onu qoruyub saxlayırıq. Aprelin 8-dək davam edəcək proqramla sirk ustala gündə 2 dəfə tamaşaçı qarşısında çıxış edəcək. Sirk ustalarının göz oxşayan geyimləri, səsləndirilən nömrələri müşayiət edən gözəl musiqi, rəngarəng işıq effektləri sirkə gələnlərin ürəyincə olacaq. Heç şübhə yoxdur ki, bu möhtəşəm şou proqram Bakı tamaşaçılanın əhval-ruhiyyəsini yüksəldəcək, onlara xoş ovqat bəxş edəcəkdir.

 

Respublika.- 2007.- 16 mart.- S. 8.