Behbudqızı S.

 

Bakının və Gəncənin yeni teatrı

 

"Yol" düşüncələri

 

Martın 17-dək davam edəcək "Yeni teatr" respublika festivalının 4-cü günü Dövlət Pantomim Teatrı Aktyor Evinin səhnəsində "Yol" tamaşasını təqdim etdi. Pantomim səhnə əsərinin ideya müəllifi quruluşçu rejissoru teatrın aktrisası kimi yaxşı tanınan Nargilə Qəribovanın rejissor debütünün aktrisalıq fəaliyyətinə layiq şəkildə baş tutduğunu demək olar.
   "Yol"un müəllifi üç nəfər aktyorun - Elnur İsmayılov, Əflatun Abdullayev Əli Əlizadənin ifasında bəşər övladının bu dünyadakı missiyası, xeyir şər qüvvələrin, nurla zülmətin əbədi qarşıdurması ikincinin əbədi nadanlığı, korluğu pantomim janrının imkanları çərçivəsində uğurlu həllini tapmışdı. Tamaşanın əvvəli bir qədər yeknəsəq olsa da, bu, çox çəkmədi. Əks təbiətli məxluqların eyni yolu tamamilə müxtəlif şəkildə getməsi, Tanrının göndərdiyi keyfiyyətlər arasında seçim apararkən istəkləri, zövqləri üst-üstə düşsə , daxili aləmlərinin, xislətlərinin mütləq mənada üzə çıxmasının hərəkətlərin, mimikaların dili ilə ifadəsi başlayır. Miskinliyini, yaramazlığını dərk edən Şər (Elnur İsmayılov) qarşı tərəfi - Xeyiri qaralamaqla özünün boyuna biçilmiş bədlikləri ona yaraşdırmağa cəhd edir. Beləcə bu mübarizə davam edir - Xeyirin, hər bir hadisədə, rəftarda işıqlı tərəfləri görməyi bacaran insanların sönməz, tükənməz müsbət enerjisi Şəri, hər addımını özünün alçaq hisslərinə, birgünlük mənafeyinə uyğun atan hiyləgərləri xəbisləri daha da quduzlaşdırır.
   Klassik mövzunun üç pantomim aktyorunun ifasında yozumu rejissorun dəqiq yanaşması aktyorların, xüsusən Elnur İsmayılovun ifadəli emosional oyunu sayəsində qeyri-standart tamaşa-düşüncənin meydana çıxmasına şərait yaratmışdı.
   "Yol"un rəssamı Bəxtiyar Xanızadə, musiqi tərtibatçısı Elman Rəfiyevdir.

   
   "Qəribə oğlan"la "Körpüsalan qız"
   
   Festivalın 5-ci günü Gəncə Dövlət Dram Teatrı İradə Gözəlovanın quruluşunda İlyas Əfəndiyevin "Qəribə oğlan" 2 hissəli komediyasını ibrətamiz əhvalatı olan komediya kimi Aktyor Evinin səhnəsinə çıxardı. Rəssamı Vahab Gözəlov, musiqi
tərtibatçısı Tünzalə Mustafayeva, bədii rəhbəri Vaqif İbrahimoğlu olan tamaşada İ.Əfəndiyev qələminə, ədəbi estetikasına özgün tərzdə riayət olunmuşdu - ötən əsrin 1960-70-ci illərinin ab-havasını, pyesdəki dialoq replikaları dəqiqliklə çatdırmaqla yanaşı, tamaşaya yeni personaj da əlavə olunmuşdu. "Körpüsalan qız" (Şəfa Qədirova) adlandırılan bu obrazı qeyri-personajların iştirakı ilə hadisələrin cərəyan etdiyi qəfəsə - Kislovodskın "Xram vozduxa" ("Hava məbədi") istirahət zonasına buraxmırlar. Çünki o, Dadaş Rəhimoviçin ötən, saf həyatından xatirədə yadigar qalmış səmimilik duyğusudur. Həmin o ibrətamiz əhvalatı da lap sonda onlar ikisi danışırlar - dinməz-söyləməz tərzdə bütün digər personajları dünyalarına dönməyə dəvət edirlər...
   Dadaş Rəhimoviçin "Nargilə" deyə çağırdığı bu obrazı tamaşa müəllifləri "Körpüsalan qız" adlandırmaqla hər bir ədibin bütün yaradıcı həyatı boyunca eyni bir mətləbi qələmə aldığını, "Qəribə oğlan"dakı məqamların İlyas Əfəndiyevin başqa dram nəsr əsərlərindən qaynaqlandığını, əvvəlki sonrakı əsərlər arasında mütləq bir körpünün var olduğunu çox sərrast vurğulayıblar.
   Tamaşada aşkar sezilirdi ki, Muratov obrazı həm müəyyən mənada İlyas Əfəndiyevin müəllif müdaxiləsi, iştirakıdır. Təbii ki, "Körpüsalan qız" personajının iştirakı "Hava məbədi"ndə nəfəsləri təntiyən, hərdənbir qəfəsin pəncərəsini açıb təmiz hava udan kurortdakıların hamısının görünməyən tərəfini görünən edir. Bu cəhəti Valehin (Samir Abbasov), Kəmalənin (Kəmalə Məmmədova), Məlahətin (Sevda Orucova), Barsukun (Məmmədəli Balayev), Əhmədcanın (Novruz Cəfərov), Otarın (Elşad Əhmədov), Batının (İlham Hüseynov), bir sözlə, hamının kurort əhvalına qətiyyən uyğun gəlməyən libaslarda olmaları daha da qabardır - tünd rəngli şalvar qalstukla köynək. İstirahət zonasının şərtiliyini çətir, yellənən kreslo gölün təsvirini yaradan vannadan savayı heç bildirmir. Sanki iştirakçıları sınaq imtahanı bunkerinə yerləşdiriblər ki, öz "mən"lərini dərəcədə tanıdıqlarını müəyyənləşdirsinlər.
   Gəncə aktyorları ilə Bakı rejissor bədii rəhbərinin ərsəyə gətirdikləri İ.Əfəndiyevin "Qəribə oğlan"ının effektini tamaşa boyunca səhnə arxasından səslənən Vaqif Mustafazadənin bəstə kompozisiyaları, bir aktyorların ifasında aşıq xalq mahnıları daha da artırmışdı.

 

Həftə içi.- 2007.- 15 mart.- S. 8.