Azərbaycan-Avstriya mədəni əlaqələri genişlənir

 

Martın 14-də Mədəniyyət Turizm Nazirliyində Avstriya Milli Kitabxanasının Baş direktoru Cohanna Raxinger, kitabxananın beynəlxalq əlaqələr üzrə directoru Elizabet Ethover, bu ölkənin Təhsil, Elm Mədəniyyət Nazirliyinin mədəniyyət məsələləri üzrə baş direktoru Britte Bökyun muzey məsələləri üzrə mütəxəssisi Doris Karnerin ilə görüş olmuşdur.

Nazir Əbülfəs Qarayev xatırlatdı ki, mədəniyyət sahəsində Azərbaycan ilə Avstriya arasında əlaqələr uğurla inkişaf edir. Ötən il Avstriyada Azərbaycan mədəniyyəti günləri keçirildi. Vyana tamaşaçıları "Arşın mal alan" operettasını dinlədilər, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin açılış mərasimi oldu. Hazırda Bakıda Motsartın abidəsinin açılışı məsələsi müzakirə edildi.

Bildirildi ki, turizm sahəsində əlaqələr uğurla inkişaf edir. Avstriya ölkəmizin cənub bölgəsində turizm kompleksinin tikintisinə dair müsabiqədə qalib gəlmişdir bu layihəni həyata keçirir. Kitabxanaçılıq sahəsində əməkdaşq aparılır.

Avstriya Milli Kitabxanasının baş direktoru Cohanna Raxinger səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, onların səfərində əsas məqsəd Azərbaycan mədəniyyəti ilə tanış olmaq, muzey kitabxanaçılıq işində əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməkdir.

Qonaqlar bildirdilər ki, M.F.Axundov adına Milli Kitabxanada, muzeylərdə, Caz Mərkəzində, digər kitabxanalarda, Qobustan Şamaxı muzeylərində oldular. 1990- illərdən başlayaraq, Avstriya Milli Kitabxanası "Kitaba himayədarlıq" layihəsi həyata keçirir. Bu kitabxanada Azərbaycan müəlliflərinin əlyazmaları qayğı ilə saxlanılır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvinin "Xəmsə"sinin əlyazması bərpa olunmuşdur "Azərbaycan əlyazmaları" bölməsində nümayiş etdirilir.

Qonaqlar gətirdikləri kitabları M.F.Axundov adına Milli Kitabxanaya hədiyyə verdilər.

Sonda Azərbaycan Avstriyanın milli kitabxanaları arasında əməkdaşlıq kitab mübadiləsi haqqında memorandum imzalandı.

 

Respublika.- 2007.- 15 mart.- S. 6.