Behbudqızı S.

Teatrımızın qara səhifələri

Yaxud Fatma Qədri niyə kitab satırmış?

Qeyri-adi əziyyətlər

Martın 10-da Azərbaycan teatrı 134 yaşını qeyd edəcək. Bu münasibətlə bu gün gənc rejissorların festivalı start götürür. Bayram günündə teatrımızın fədailərinin keçdiyi qeyri-adi əziyyətləri xatırlamağı lazım bildik. Çeşid-çeşid səbəblər naminə...
   Səhnəmizin Qacar şahı, Hamleti (onun Hamlet obrazını əks etdirən fotoportreti Londonda Şekspir muzeyini bəzəyir) Ülvi Rəcəbi 1937-ci ildə evində türk musiqisi yazılmış valları çaldırmaqda ittiham etmişdilər. Ülvi Rəcəb milliyyətcə acar idi. İstər coğrafi, istərsə də mənəvi yaxınlıq baxımından onun türk musiqisinə marağı təbii idi. Azərbaycan teatr sənətinin püxtələşməsində müstəsna rollardan birini oynamış bu sənətkar bir müddət Tiflis Azərbaycan Teatrının aktyoru olmuş, sonra isə "Azdrama"ya dəvət edilmişdi.
   Şəmsi Bədəlbəylinin qardaşı Sərvər universitet tələbəsi olarkən tarix f
ənnini tədris edən müəllimlərdən birinin Trotskini tənqid etməsi müqabilində soruşub ki, onun səhvləri nədən ibarətdir? Tələbənin bu sualını siyasi səhv hesab edib onu həbs edirlər. Şəmsi Bədəlbəyli isə "xalq düşməni"nin qardaşı olduğu üçün təzyiqlərə, təqiblərə məruz qalmalı olur.
   Mirzağa Əliyevin məzəli bir əhvalat kimi danışdığı xatirəni onun əleyhinə tutarlı sübut kimi istifadə edib sənətkarın repressiyaya məruz qalmasına kömək edənlər tapılmışdı. Barat Şəkinskayanın xatirələrində əhvalat belə nəql olunub: "Mirzağa Əliyev bizə həmişə deyərdi ki, mənim qarnımda Nikolay piyi var. Bir də 1917-ci il inqilabından əvvəl baş vermiş bir hadisəni danışardı. O vaxt hardasa qastrolda olarkən hava soyuq olduğundan rekvizitdə olan zabit paltarını əyninə geyinir. Elə bu zaman bir qorodovoy gəlib bildirir ki, polismeysterin əmri ilə tamaşa təxirə salınır. Mirzağa Əliyevin əynindəki zabit paltarı qorodovoydan daha yüksəkrütbəli orqan işçisinə və ya hərbçiyə aid olduğundan sənətkar özünü həqiqi zabit kimi qələmə verir. Yüksək səslə deyir ki, polismeysterin əmrini ləğv etməyə onun səlahiyyəti çatır".
   Amma Mirzağa Əliyevin aktyor peşəkarlığı və tamaşaçılarla görüşdən ötrü bu cür təhlükəli addımdan belə çəkinməməsi, sənət yanğısı ona baha oturur...
   İttihamlar Möhsün Sənanidən də yan ötməmişdi. Onu xarici konsulun qonaqlığında masabəyi olduğuna görə dedi-qodu atəşinə tutmuşdular.
   Azərbaycan teatr sənətinin ilk təşəkkül dövrünün "prima"larından biri Fatma Qədrinin keçmiş həyat yoldaşı Əsəd Axundov Təhlükəsizlik Komitəsində yüksək vəzifədə çalışırmış. Onun həbsindən sonra Fatma xanımın durumu elə ağırlaşır ki, Kitab pasajında şəxsi kitabxanasının kitablarını satırmış...
   Barat xanımın xatirələrindən öyrənirik ki, görkəmli teatr xadimi Kazım Ziyanın şəxsiyyətinin az qala sınmasında da başlıca amil məhz sovet rejiminin diktatura maşını olub.
   B.Şəkinskayanın xatirələrindən: "Kazım Ziyanın içkiyə qurşanmasını çox adam bilir. Səbəbindən isə bəzilərinin xəbəri var. O, ərəb, fars, türk, rus dillərini gözəl bilirdi. ?zü də dindar ailəsindən çıxmışdı... Belə bir şəxsiyyəti təhlükəsizlik orqanlarının işçiləri o qədər döymüşdülər ki, özündən zəhləsi gedirdi. Məhz ömrünün bu səhifəsindən sonra Kazım Ziya içki düşkünü oldu.
   Bir müddətdən sonra Bakıya, dram teatrına işləməyə gəldi. Biz onunla Gəncə teatrında da birlikdə işləmişdik. Teatrda onun paxıllığını çəkənlər sərxoşluğunu bayraq edib ayağının altını qazır, müdiriyyətin isə səhvini üzə deməkdən heç kimdən çəkinməyən Kazım Ziyanı gözü götürmürdü. Çünki görürdülər ki, o, intellektinə, sənətə münasibətinə görə bir çoxlarından üstündür. Amma Kazım Ziya da Kazım Ziya idi. Çalışdığı kollektivdə sıxışdırılmağına yol vermədi. Sənətkarlığının gücü ilə Azərbaycan SSR xalq artisti adı da aldı, SSRİ Dövlət mükafatına da layiq görüldü".
   Səhnəmizin, ekranımızın tam mənada gözəl simalarından biri Nəcibə Məlikova repressiyaya məruz qalmış incəsənət işləri idarəsinin rəisi Ruhulla Axundovun bacısı qızı olduğu üçün 1956-cı ilə qədər çoxlu mənəvi zərbə almış, neçə dəfə teatrdan kənarlaşdırılmışdı. Hətta müxtəlif teatrlarda işləmək labirinti çıxılmaz olanda səhnəni atıb tamamilə başqa sahədə işləmək məcburiyyəti qarşısında qalmışdı.
   Amma elə güman etməyin ki, mənəvi təzyiqlər, repressiyalar 1956-cı il bəra
ətindən sonra sona çatmışdı. Rza Əfqanlının teatrdan getməsi məhz "mülayimləşmə" dövründə baş vermişdi. Ələsgər Ələkbərovun vəfatından bir-iki gün sonra "Otello" tamaşası yenidən repertuara daxil edilib. Səhnə əsərində Yaqo obrazını yaradan Rza Əfqanlı deyib ki, nə olur-olsun, Otellonun parlaq ifaçısı Ələsgər Ələkbərovun qırxı çıxmamış bu tamaşada səhnəyə çıxmaram. Onun bu sözünə bənd imişlər kimi, işdən getmək haqqında ərizə yazmasını tələb edirlər. Belə bir aktyorun Akademik Milli Dram Teatrından getməsi, neçə il işsiz qalıb sonda Sumqayıt teatrının aktyoru olması heç kimin vicdanını oyatmayıb.
   Barat Şəkinskayanın da teatrdan üz döndərməyi mənəvi və peşə dəyərlərini yüksək tutmasının başına bəla olması səbəbindən baş vermişdi. Aktrisanın xatirələrindən: "Cəfər Cəfərov həmişə mənə deyirdi ki, "nəbadə, ürəyinə yatmayan rol oynayasan, onda yaradıcılığının təravətini itirərsən." Təbii ki, bu məsləhəti təbiətimə bələd olduğu üçün vermişdi - hər rolun ardınca qaçmağı ağlıma belə gətirmirdim. Bir gün teatrın direktoru məni çağırıb dedi ki, yoldaşların gileylənirlər ki, nə vaxta qədər biz işləyəcəyik, o yeyəcək?"
   Barat xanım bu söhbətdən sonra doğma teatrından üz döndərir. Sonra hətta Nazirlər Soveti sədrinin müavini işə qarışsa da, geri dönməyib.
   Bax belə. Hər bir aktyorun bacarığının, istedadının istifadə yerini bilən rejissorun olmaması kimi əyintiyə peşəkar və səmimi aktrisanı qurban veriblər...

Həftə içi.- 2007.- 10-12 mart.- S. 8.