Behbudqızı S.

 

Güllə açılacaqmı

 

Əbülfəs Qarayev: Teatr - hər bir ölkənin əqli aynasıdır

 

Mənəviyyatın güzgüsü

 

əinki dramaturgiyası, bu dramaturgiyanın sirlərinin "açarı" olan hekayə və povestləri ilə dünya teatr mədəniyyətinin zövq çalarlarını yaratmış və yaratmaqda olan Anton Pavloviç Çexovun kəlamıdır: "Əgər tamaşanın ilk səhnəsində divardan tüfəng asılıbsa, tamaşanın sonunda mütləq güllə açılmalıdı".
   
Teatr aləmində aforizmə çevrilmiş bu cümlə teatrın canlı sənət, cəmiyyətdəki əhval-ruhiyyəyə mütləq ilk mütləq ən adekvat reaksiya verməli, proqram rolunu ifa etməli olduğuna işarədir.
   Bu gün Azərbaycan sənəti səhnəsində bu sahənin hökumətin dövlətin ən yüksək səviyyədə diqqətinin ifadəsi olan Milli Məclisin tarixində ilk dəfə olaraq mədəniyyət məsələləri üzrə daimi komissiyanın qəbul etdiyi "Teatrlar teatr fəaliyyəti haqqında" qanun bu qanunun tətbiqinə aid ölkə başçısının sərəncamı kimi mükəmməlliyini yalnız kağızda deyil, artıq gerçək işlərdə göstərməkdə olan tüfəng asılıb, fürsətdən faydalanmağı bacaranları gözləyir.
   Mədəniyyət turizm naziri Əbülfəz Qarayevin teatr ictimaiyyəti KİV nümayəndələri ilə adları çəkilən qanunvericilik aktlarına bir il ərzində görülmüş işlərə həsr olunmuş görüşündə söylədiklərinin əsas qayəsi başqa formada ifadə edilsə , məhz bu oldu: "Əgər biz indi bu sərəncamdan, qanundan doğan vəzifələrimizi nəzərdən qaçırsaq, sonra təmirsiz, təchizsiz teatr binaları, maraqsız tamaşalarla üz-üzə qalacağıq".
   Nazir çıxışında bir neçə ay öncə rəhbərlik etdiyi qurumun tərtib edib teatr xadimlərinin müzakirəsinə verdiyi "Milli mədəniyyətin inkişaf konsepsiyası"na dair səslənən rəy təkliflərin nəzərə alınacağını qeyd etdi. Ə.Qarayev məlumat verdi ki, Mədəniyyət Turizm Nazirliyinin yaradılmasından ötən 1 il 1 ay ərzində ölkənin müxtəlif teatrlarında 78 yeni ya bərpa edilmiş tamaşa təqdim edilib, müasir dünyada gənc kadrların istedadının kəşf edilməsinin vacibliyi ilə ayaqlaşmaqdan ötrü 4 nəfər gənc rejissor əyalət teatrlarında əks-səda doğura bilən tamaşalar hazırlayıb.
   Ə.Qarayev: "Opera Balet Teatrının orkestrinin üzvlərinin arasında gənc musiqiçilərin olmasının vacibliyi yönündə düşünərkən müsabiqə elan etmək qərarına gəldik. Nəticə bu fəaliyyətə həvəsli gənclərin sayının o qədər intensiv olmadığını göstərsə , hər halda, hazırda teatrın orkestri bir qədər cavanlaşıb". Nazir həmçinin "Teatr teatr fəaliyyəti haqqında" qanunun mükəmməl müasir ruhlu olduğunu qeyd edib, bundan çıxış edərək Opera Balet Teatrının tamaşalarının texniki effektlərlə zənginləşdirilməsinin, bundan ötrü isə mühəndis peşəsinin inkişafının, həm bu peşənin peşəkarının kənardan yox, məhz teatrın ab-havasında formalaşmış insan olduğunun zəruriliyinə toxundu.
   Nazir ötən bir il ərzində Akademik Milli Dram, "Yuğ", Pantomim, Kamera, Rus Dram teatrlarının Rusiyada, Qazaxıstanda, Türkiyədə keçirilən teatr festivallarında uğurla iştirak etdiyini, Rus Dram Teatrının Rusiya Federasiyasının bir neçə şəhərində qastrol səfərində olduğunu, Vyana teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan", Qahirə teatrında Fikrət Əmirovun "Min bir gecə" baletinin tamaşaya qoyulmasını teatr prosesinin nailiyyəti, böyük tarixi hadisə kimi vurğuladı.
   Ə.Qarayev: "Bütün bunlar, təbii ki, sevindiricidir. Amma bu nailiyyətdə dayanıb qalmaq olmaz. Nəzərinizə çatdırım ki, 2008-ci il sentyabrın axırında Bakıda "Avropanın mədəni irs festivalı" keçiriləcək. Dünyanın 48 ölkəsini təmsil edən mədəniyyət incəsənət ustaları şəhərimizin qonağı olacaqlar. Festival incəsənətin bütün sahələrini əhatə edəcək.
   Biz unutmamalıyıq ki, teatr xadimləri ziyalılığın ən ağır yükünü daşımalıdırlar. Teatr millətin, ölkənin mənəviyyatının güzgüsüdür. Teatr hər bir ölkənin əqli aynasıdır. Buna görə teatr kollektivlərimiz gündəlik fəaliyyətlərini elə qurmalıdırlar ki, bu cür yüksəksəviyyəli festivallarda nəinki sənət baxımından, həmçinin texniki cəhətdən müasir tələblərə cavab verib, sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş digər texnoloji keyfiyyətlərə malik səhnə əsərlərini meydana qoya bilsinlər".
   Nazir son yarım il müddətində mədəniyyət işçilərinin maaşının 80 faiz artırıldığını, tamaşa müəlliflərinin qonorarının 5 dəfə çoxaldığını xatırladıb, ədəbi materialın seçimində, rejissor yozumunun uyğunlaşdırılmasında bundan sonra daha diqqətli olmağı vurğuladı.
   Ə.Qarayev həmçinin "Teatr teatr fəaliyyəti haqqında" qanunun, prezident İlham Əliyevin sərəncamının "Milli mədəniyyətin inkişafı konsepsiyası"nın əsas məramlarından birinin teatr sahəsinin inkişafı uğrunda teatrların öz maliyyə dayaqlarını yaratmaq bacarıqlarının artıq vaxt
ının yetişdiyini qeyd etdi: "Heç kim şübhə etməsin ki, dövlət teatrlara dotasiya ayırmağı dayandırmağa hazırlaşır. Xeyr. Sadəcə, dünya təcrübəsi bunu diktə edir ki, teatrlar bu dotasiyadan əlavə, antrepriz tamaşaların, qastrolların köməyi ilə əlavə maddi baza yaratmalıdırlar. Buna isə çoxlu sayda funksiyası bəlli olmayan işçilərin əvəzinə konkret vəzifəsi olan peşəkarları kollektivə cəlb etməklə nail olmaq mümkündür".
   Ə.Qarayev hər bir teatrın nəzdində studiyaların açılmasının vacibliyinin mərkəzləşdirilmiş təhsil sisteminin nüfuzuna heç bir dəxli olmadığını dedi, bunu normal inkişafın qaydası kimi qəbul etməyi tövsiyə etdi təklifləri nəzərə alacağına hazır olduğunu vurğuladı.
   Nəhayət, nazirin hesabat xarakterli çıxışının ən qıcıqlandırıcı məqamı fəxri adlarla bağlı oldu: "?tən il prezidentin fərmanı ilə 100 nəfər mədəniyyət incəsənət xadimi fəxri adlara, prezident təqaüdünə layiq görüldü. Bu bu il davam edəcək. İstedadı, xidmətləri qarşısında baş əyməyə hazır olduğum heç bir sənətkarın dövlət diqqətindən kənarda qalmamasından ötrü əlimdən gələni edəcəyəm. Amma müəyyən zamandan sonra bu prosesin sonu çatmalıdı. Fəxri adlar bizə sovet rejimindən miras qalmış ənənədir. Dünyanın ən az tanınan ölkəsində belə bu cür ayrı-seçkilik yoxdur. Keçmiş sovet respublikalarından Gürcüstan, Ukrayna, Pribaltika artıq bu ənənə ilə vidalaşıb. Rusiyada hələ davam edir. Bizdə həmçinin. Dövlət başçısının da, mütərəqqi fikirli sənət xadimlərimizin qənaəti budur ki, sənətkarlıq potensialımız düzgün istifadə edilib elə bir səviyyəyə çata bilər ki, incəsənət xadimlərimizin fəxri adlara ehtiyacı olmasın. Yoxsa bu ənənənin saxlanması çox ziyanlı əhvallar doğurur. Heç kimə sirr deyil ki, sənət söhbətləri qalıb bir kənarda, müğənni, aktyor rejissorlarımız giley-güzar, umu-küsü etməklə həyatlarını zəhərləyirlər. Halbuki fəxri adın olmamasını faciəyə çevirmək çox gülüncdür..."
   Daha sonra nazir sözü MM-in mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri, professor Nizami Cəfərova verdi. O öz çıxışında vurğuladı ki, "teatrın inkişafının donması, bu sahəyə layiq olduğu diqqətin ayrılmaması mədəniyyətin digər sahələrinin , xüsusən kino televiziyanın səviyyəsinin enməsi ilə müşayiət olunur. Biz bunu etiraf etməyə bilmərik". N.Cəfərov rəhbərlik etdiyi komissiyanın müzakirələrində peşəkarların iştirakının vacibliyini vurğulayaraq, onları proseslərdə yaxından iştirak etməyə çağır

 

Həftə içi.- 2007.- 7mart.- S. 8.