Cənubi Qafqaz xalqlarının festivalı

 

Dünyanın yüzdən çox ölkəsində müxtəlif layihələr gerçəkləşdirən Britaniya Şurasının təşəbbüsü ilə Tbilisidə Cənubi Qafqaz xalqlarının mədəniyyətinə və xalq yaradıcılığına həsr olunmuş festival keçirilir. Festival Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Bakı Slavyan Universitetinin tələbələrinin təqdimatında "Çıxış" tamaşası ilə başlayıb. Gənclərin qadınların cəmiyyətdəki mövqeyinə həsr olunmuş tamaşanın rejissoru Tərlan Rəsulzadədir. Britaniya Şurası bu cür festivalları Cənubi Qafqazın digər şəhərlərində keçirməyi planlaşdırır.

 

Həftə içi.- 2007.- 14 mart.- S. 8.