Dövlət Pantomim Teatrının Yolu uğurlu olmuşdur

 

Dövlət Pantomim Teatrı martın 13- gənc rejissorların "Yeni teatr" respublika festivalı çərçivəsində "Yol" (düşüncə) tamaşasını təqdim etmişdir. Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunun səhnəsində nümayiş olunan tamaşanın quruluşçu rejissoru əməkdar artist Nargilə Qəribova, rəssamı teatrın bədii rəhbəri, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadədir.
Teatrın gənc aktyorları Elnur İsmayılov, Əflatun Abdullayev Əli Əlizadənin təqdim etdiyi tamaşa zəngin psixoloji məqamlarla, fəal hərəkət mimika ilə seyrcilərə çatdırılmış, onlarda xoş ovqat yarada bilmişdir.
...Ulu yaradan bəxti, taleyi bütün insanlara eyni səxavətlə paylayır, ondan necə bəhrələnmək isə insanın şəxsi qabiliyyətindən, ağıl düşüncəsindən asılıdır. Pis niyyətlər, bədxah hisslər insanı irəli yox, geri atır, hər kəsin həyatda qazandığı mövqe onun seçdiyi həyat amalından başlanır. Xeyirlə Şərin mübarizəsində həmişə mənəvi qələbə birincilərə nəsib olur.
Gənc istedadlar hərəkətlər vasitəsilə tamaşaçılara bu mənəvi dəyərlərə sahib olmağı təlqin edirdilər.
Sadə səhnə tərtibatı, təbii dekorlar, aktyorların jest mimikası ilə harmoniya təşkil edən musiqi, tamaşanın mahiyyətinə uyğun seçilmiş ağ-qara rəngli geyimlər rejissorun aktyorların çatdırmaq istədikləri fikrin, hətta, pantomim teatrın xüsusiyyətinə az bələd olan tamaşaçılar tərəfindən aydın qavranmasına şərait yaradırdı.
An
şlaqla keçən təqdimatdan sonra səslənən gur alqışlar, yaradıcı kollektivin üzvlərinə təqdim olunan gül-çiçək dəstələri tamaşanın uğurundan xəbər verirdi.
Tamaşaçıların ümumi fikri bu oldu ki, peşəkar teatrlarımız arasında xüsusi yeri olan bu kollektivin festival çərçivəsində hazırladığı "Yol" uğurlu alınmışdır - teatr öz yolu ilə inamla irəliləyir.

 

Azərbaycan.- 2007.- 14 mart.- S. 7.