Ələkbər Hüseynov: Mən hər zaman uşaqların yanındayam

Həmsöhbətimiz Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, əməkdar artist Ələkbər Hüseynovdur. Uzun müddət ekranlarda görünməyən aktyor yeni layihə üzərində işlədiyini bildirdi: “Hazırda yeni repertuarın hazırlıqları üçün məşqlər gedir. Bundan əlavə Azərbaycan Dövlət Televiziyasına yeni uşaq verilişinin layihəsini təqdim etmişəm. Amma layihənin adını gizli saxlamaq istəyirəm.”

-Ələkbər müəllim, eşitdiyimizə görəBeynəlxalq Təbəssüm Ordeninin Kovalyeriordeninə layiq görülmüsünüz. Mümkünsə, bu barədə danışardınız.
- Bu orden 1979-cu ildə BMT-nin kati bi tərəfindən beynəlxalq orden statusu alıb. Əvvəllər orden ildə 5 nəfərə verilirdisə, indi ildə 2 nəfərə verilir. Mənə təqdim olunan orden oktyabrın 27-si 2006- ildə qeydiyyatdan keçib. Orden günəş formasındadır. Mərasim vaxtı ordeni alan qəhrəman limon şirəsini üzdə təbəssüm olmaq şərti ilə içməlidir. Bu mükafata daha öncələr Bil Klinton, İkinci İohann Pavel, Koroleva Silviya, Obrazsov, İlizarov kimi tanınmış insanlar layiq görülüblər. “Beynəlxalq Təbəssüm Ordeninin Kovalyeridünyada yeganə mükafatdır ki, uşaqlar qarşısında xidmətlərinə görə verilir. Qaydaya əsasən ordeni uşaqlar böyüklərə təqdim edir. Mən Türk dünyasında bu mükafata layiq görülən yeganə insanam. Diplomun Polşada hazırlanmasına baxmayaraq, onu mənə Bakıda veriblər. Həmin təşkilatın özünəməxsus ənənəsi var. Belə ki, bu şərəfə layiq görülən insanın onlar şəxsən ölkəsinə gəlir sertifikat nişanını onun yaxasına taxırlar. Bizdə isə həmin mərasim mart ayının 13-ü Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq.
- Sənətdə qazandığınız uğurlardan razısınız?
-Bilirsiz, bu sənət sonsuzdur. Əgər sən bu gün sənətdə kiçik bir uğur qazanırsansa, sabah yenə sıfırdan başlamalısan. Mən hər zaman bu sənətdə tələsirəm. Qorxuram başladığım işi sona çatdıra bilməyim.
-Teleməkanlardakı uşaq verilişləri boşluğu doldura bilir?
-Hal-hazırda teleməkanlarımızda dünya standartlarına uyğun heç bir reytinqli uşaq verilişi yoxdur. Gəlin razılaşaq ki, efirdə cizgi filmini göstərmək hələ uşaq verilişinin olması demək deyil.
- Bəs bunun səbəbi nədədir?
- Səbəbi odur ki, bu işə peşəkarları cəlb etmək lazımdır. qədər ki, peşəkarlıqdan qorxu var, bizdə bu sahə ilə bağlı heç bir inkişaf olmayacaq.

 

 İki sahil.- 2007.- 10 mart.- S. 8.