Yasin QarayevƏn yaxşı kişi rolunun ifaçısıoldu

 

Martın 10-da – Milli Teatr günündə ənənəvi «Qızıl Dərviş» mükafatının təqdimatı keçirildi. Teatr Xadimləri İttifaqının təsis etdiyi mükafata bir sıra teatr xadimləri layiq görüldülər.

Beləliklə, «Ən yaxşı kişi rolunun ifaçısı» nominasiyası üzrə Yasin Qarayev «Qızıl Dərviş» aldı. «Ən yaxşı epizodik rolun ifaçısı» Azdramanın aktrisası Sevinc Əliyeva, «Ən yaxşı dramatik rolun ifaçısı» Yuğ Teatrının aktrisası Sona Mikayılova oldu. «Fərhad Şirin» tamaşasındakı roluna görə isə Naxçıvan Teatrının aktyoru Rza Xudiyev «Qızıl Dərviş»ə layiq görüldü.

 

Gündəlik Azərbaycan.- 2007.- 13 mart.- S. 14.