Məhərrəmova T.
41 ildən sonra Milyonçunun dilənçi oğlu
Tamaşa yeni yanrda təqdim olundu
Mədəniyyət və Turizm Nazirliyinin gənc
reyissorları sınaqdan çıxarmaq üçün
eksperiment layihəsi əsasında işlər artıq
həyata keçirilir. Layihə
çərçivəsində reyissurada yenicə ayaq
açmağa başlayan 3-4 gənc rayonlardakı teatrlara ezam
olunub. Gərək ki, layihənin
təşəbbüsü də YUĞ Teatrının
bədii rəhbəri Vaqif İbrahimoğlu
tərəfindən irəli sürülüb. Əslində, alqışlanmalı
təşəbbüsdür. Ən azı teatrlarda
gənclik aurasının hiss olunmaması, müəyyən
mənada qocalma prosesi getdiyi, gənclik uğurlarının
istənilən səviyyədə olmaması baxımından.
Layihə
çərçivəsində V.İbrahimoğlunun
tələbəsi Mikayıl Mikayılovun bəxtinə
Musiqili Komediya Teatrının səhnəsində tamaşa
hazırlamaq düşüb. Özü
də Şıxəli Qurbanovun librettosu əsasında
görkəmli bəstəkar Süleyman Ələsgərovun
yazdığı "Milyonçunun dilənçi
oğlu" operettası. Heç
şübhəsiz, general olmaq istəməyən əsgər
əsgər deyil. Gənc reyissorun da
birdən-birə belə bir ağır yükə çiyin
verməsi özünə inamından irəli gəlir.
Əvvəla,
onu qeyd edək ki, operetta yanrı Musiqili Komediya Teatrı
üçün müntəxəbat, onu içəridən
silkələyən, yaradıcı potensialının
dəyərləndirilməsinə kömək edən ən
qiymətli material sayılır. Vaxtilə bu teatrın
səhnəsində reyissor Əliheydər
Ələkbərovun "Milyonçunun dilənçi
oğlu"nu səhnəyə gətirdiyi vaxtdan 41 il keçir. Zaman çox
dəyişilib. Gənc reyissor Mikayıl
Mikayılovun yenicə quruluş verdiyi eyniadlı operetta
isə təzə dövrün, yəni bizim nəslin
payına düşmüş qəhrəmanların səhnəyə
çıxışıdır.
Səhnəyə
"Ulduz", "Özümüz bilərik",
"Olmadı elə, oldu belə" kimi uğurlu operettalar
bəxş edən Süleyman Ələsgərov bu yanrın
sosial imkanlarını üzə çıxarmaq
üçün yeni mövzuya - müstəmləkə
vəziyyətində yaşayan xalqların acınacaqlı
həyatını tərənnüm edən
əsərlərə müraciət edib. Yazıçı-dramaturq
Şıxəli Qurbanovla birgə yaradıcılıq
əlaqəsində olması bəstəkara bu mühüm
problemi həll etməyə imkan verib. 1966-cı
ilin 30 mart tarixində Musiqili Komediya Teatrının
səhnəsində "Milyonçunun dilənçi
oğlu" tamaşası müvəffəqiyyətlə
tamaşaya qoyulub. Müasir buryua cəmiyyətinin
iç üzünü açan (və bu günlə
səsləşən) bu əsər Azərbaycan
operettasına yeni mövzu gətirməklə, onun inkişaf
səviyyəsini nümayiş etdirib. Dərin məzmunu,
bədii-estetik dəyəri və samballığı ilə
fərqlənən operetta az müddət
ərzində geniş tamaşaçı kütləsininin
rəğbətini qazanıb. Operettanın
uğuru bir də onda idi ki, əvvəlki tamaşalardan
fərqli olaraq, burada bəstəkar daha mürəkkəb
musiqi formalarından - ballada, ansambl və ariya-monoloqlardan
məharətlə istifadə edir, balet səhnəsinə
də lazımi yer verir. Aydın musiqi dilinə malik olan
operetta və onun yaradıcı kollektivinin
üzvlərindən bəstəkar Süleyman
Ələsgərov, dramaturq Şıxəli Qurbanov,
quruluşçu reyissor Əliheydər Ələkbərov,
rəssam Böyükağa Mirzəzadə Üzeyir
Hacıbəyov adına Dövlət
mükafatına layiq görülüblər. Eyni
zamanda, respublikamıznın müxtəlif
şəhərlərində, ayrı-ayrı
mədəni-maarif müəssisələrində
operettanın müəllifləri, yaradıcı heyəti
ilə görüşlər keçirilib. Həmin görüşlər yaradıcılıq
hesabatı daşımaqla geniş fikir və rəy
mübadiləsinə səbəb olub. Hətta
Süleyman Ələsgərovun ilhamla yazdığı
operettaya şeirlər də həsr olunub. Operetta tezliklə rus dilinə tərcümə
olunaraq teatrın rus truppası tərəfindən tamaşaya
qoyulub. Böyük
müvəffəqiyyət qazanan operetta hətta
Bolqarıstanda səhnələşdirilib.
Vaxtilə
tamaşaya qoyulan əsəri görənlər indi də onun
uğurundan çox danışırlar. İmkan
olsaydı... "Milyonçunun dilənçi oğlu"nun
Bəşir Səfəroğlu daxil olmaqla artıq həyatda
olmayan digər məşhur qəhrəmanlarını
baxışlarımızla yola salıb, iki saatlıq
tamaşadan sonra sanki çox mənalanmış
səhnəni hələ bir az da oturub seyr
edərdik...
Bütün bu
sadaladıqlarımız "Milyonçunun dilənçi
oğlu"nun 41 il əvvəl və ondan
sonrakı illərdə qazandığı şöhrət
barədədir. Yəqin ki, uzun illərdən
sonra yenidən səhnəyə qayıdan tamaşa da
teatrsevərlər üçün maraq doğurar. Ona görə də tamaşanın srağagün
keçirilən ictimai baxışından yaranan
təəssüratları oxucularla
bölüşürük.
Fərqli yozum
Səhnənin ağ və qara zolaqlardan ibarət
tərtibatı zala nəsə mənfi eneryi, güclü
aqressiya verirdi. Belə tərtibata adətən
YUĞ Teatrının və Kamera Teatrının
səhnələrində rast gəlmək olur. Hadisələr dəyişdicə gah gur yanan, gah da
öləziyən işıq altında gəzişib,
dayanıb, danışan qəhrəmanlar ya mələyi, ya
da cin-şeytanı xatırladırlar. Reyissorun
yozumundan doğan bu tərtibatı rəssam İsmayıl
Əsədoğlu verib.
Tamaşa
başdan-ayağa mistik təsir bağışlayır. Əslində,
bu, Musiqili Komediya Teatrının ab-havasına,
tamaşalarının üslubuna uyğun olmayan tərzdə
hazırlanıb. Bir az da
aydınlıq gətirək: "Otello" faciəsini
Musiqili Komediya Teatrının səhnəsində necə
təsəvvür edirsiniz? Heç
şübhəsiz, indi sənət aləmində fərdi,
oriyinal düşüncəyə malik gənclər
yetişir. Şablonçuluqdan,
təkrarçılıqdan qaçan, yaradıcılıq
axtarışlarını peşəkarlıq
vərdişlərindən üstün tutan,
emosiyalarını təfəkkürlə
çulğaşdıran reyissor mütləq
özünün fərdi sənət prinsiplərini də
yaradır. Ancaq baxır harda... Vaqif İbrahimoğlu
məktəbində sərbəst düşüncənin,
azad fikrin səslənməsi təzə iş deyil. Ancaq ağır yüklü fəlsəfi
çalarlarla dolu "YUĞ" məktəbinin
ənənəsini səhnəsində daim
gülüşə çağırış olan Musiqili Komediya
Teatrının səhnəsinə gətirmək nə
qədər doğrudur?
Düzdür,
reyissor süyet xəttində dəyişiklik etməklə
əsəri bugünlə səsləşdirməyə
çalışıb. Ancaq mistik
təfəkkürə əsaslanmaqla.
Əsərin süyet
xətti maraqlıdır: 25 ildən sonra milyonçu senatorun
dilənçi oğlu tapılır. Varlı olmaq
üçün onun ikinci dəfə dünyaya gəlmək
istəyi, anasının gənc ağaya vurulması, oğlun
anasının məhəbbətindən imtina etməsi,
qonşu qızını sevməsi, varlı ailələrin
çoxuna xas olan hərislik, xəyanət və s.-dir.
Tamaşaçı üçün yadda qalan əsas fikir
sehrbazın dilində səslənən "Pulla insanı
öldürmək mümkün olduğu kimi, diriltmək
də mümkündür" və "İnsanın ikinci
dəfə dünyaya gəlişi onu heç də
xoşbəxt eləmir" sözləri olur.
Tamaşada
səhnəyə çıxan aktyorlara gəlincə, Yetim
rolunu Ramil Qasımov, Bildirçini Nərgiz Kərimova,
Senatoru Nadir Xasıyev, Eynəkli sehrbazı Ələkbər
Əliyev, Mələyi Nahidə Orucova və b. oynayır.
Əslində,
ən maraq doğuran rollardan biri polis rəisi olmalı idi. Bəşir
Səfəroğlunun dilində "Ölünün də
qıdığı gələr?" sözlərini
bugünə qədər gülüşlə xatırladan bu
rolu indi Əməkdar artist Ramiz Məmmədov oynayır.
Onun təqdim etdiyi roldakı uğurdan isə danışmağa
bir o qədər də əsas yoxdur. Daha
çox yersiz mizanları ilə yadda qalan Nadir Xasıyevin
(Senator) oyunu da süni təsir bağışlayırdı.
Eyni zamanda, Kübar qadın rolunu oynayan
Nahidə Orucovanın əvvəldən-axıradək
hansı missiyanı daşıdığı məlum
olmadı. Polis işçilərinin
də hərəkətləri bayağı təsir
bağışlayırdı. Ümumiyyətlə,
musiqi ifalarını çıxmaq şərtilə
aktyorların çoxu öz rollarının
öhtəsindən layiqincə gəlmirdi. Süyetdəki dəyişiklik və təqdim olunan
yeni yanrın xüsusiyyətləri əsərin əsas
qayəsini açmağa mane olurdu. Hadisələr
sanki yarımçıq halda bir-birini əvəzləyirdi.
Həmişə gülüb-güldürməyə adət
etmiş "Muskomediya"nın aktyor
ansamblının çiyinlərinə qoyulan yükü
daşımağa çətinlik çəkdiklərini
sezmək çətin deyildi. Onların
çoxu "içimdə dramatik rol oynamaq istəyi var"
desə də, hiss olunurdu ki, bu yanr heç də onların
amplualarına uyğun deyil.
Tamam fərqli tamaşa
Tamaşa haqqında ictimai baxışa
toplaşanlardan fikir öyrənmək istədik. Afaq
Bəşirqızı keçmiş operetta ilə yeni
tamaşanı müqayisə etməyin düzgün
olmadığını bildirdi: "Tamamilə fərqli
tamaşalardır. O biri tamaşa tamam başqa quruluşda idi.
Süyet xəttində də dəyişiklik çoxdur.
Burada sırf yeni reyissor işi var". Ofeliya Aslan tamaşdan
razı qaldığını söylədi.
Dindirdiklərimizdən dodaq büzənlər olsa da, yeni
tamaşaya kökündən də balta çalmaq
istəmədilər. Ancaq ha fikirləşib musiqili mistik
yanrla operetta və ya komediya arasında bir uyğunluq tapmaqda
çətinlik çəkdikləri hiss olunurdu.
Ən çox razı qalan isə heç
şübhəsiz, tələbəsinin uğuruna sevinən
Vaqif İbrahimoğlu və yetirmələri idi. Onların
tez-tez səslənən alqışları da bunu hiss
etdirirdi.
Reyissorun özü tamaşanı mistik
yanrda, müasir teatr üslubunda hazırlanan tamaşa kimi
dəyərləndirdi və tamaşaçılar
tərəfindən yaxşı qarşılanacağına
əminliyini gizlətmədi. Özünə və
işinə qəti əminlik reyissorun davranışından
da hiss olunurdu.
Əlbəttə, məqsədimiz
heç də tamaşaya balta çalmaq və gənc
reyissorun işini ümumiyyətlə, qəbul etməmək
deyil. Sadəcə, novatorluq, müasirlik başa
düşülən və qəbul edilən tərzdə
olmalıdır. Necə deyərlər, ən böyük
yenilik yaxşı unudulan köhnədir. Tanınmış
reyissor Piter Brukun sözlərini də əlavə etsək:
premyera haqqında söylənən fikir tamaşa
əleyhinə cinayətdir. Yəni tamaşa haqqında ən
azı 50 dəfə oynanılandan sonra fikir yürütmək
olar.
Hər halda son
söz tamaşaçınındır. "Milyonçunun
dilənçi oğlu"nu musiqili-mistik yanrda görmək
istəyənlər martın 30-da eyni məkanda
tamaşanın premyerasına qatıla bilərlər.
Kaspi.- 2007.- 30 mart.- S. 16.