Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyində
Bakıda səfərdə
olan Latviyanın elektron hökumət işləri üzrə xüsusi tapşırıqlar
naziri xanım İna Qudelenin başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüş
keçirilmişdir. Görüşdə
ötən il Prezident İlham Əliyevin Latviyaya səfəri çərçivəsində
ölkələrimiz arasında
rabitə, informasiya və kommunikasiya texnologiyaları sahəsində
imzalanmış ikitərəfli
sazişlərdən irəli
gələn vəzifələr
müzakirə edilmişdir.
Tədbirdə Prezident
İlham Əliyevin Latviyaya dövlət səfərindən sonra ölkələrimiz arasında
əməkdaşlıq əlaqələrinin
sürətlə inkişaf
etdirildiyi vurğulanmış,
Latviya-Azərbaycan münasibətlərində yeni
mərhələnin başlandığı
qeyd edilmişdir. Azərbaycanda informasiya-kommunikasiya
texnologiyaları sahəsində
əldə olunan uğurlar, iqtisadiyyatın
dinamik inkişafı,
həyata keçirilən
islahatlar, Regional İnnovasiya Zonasının
yaradılması üzrə
aparılan hazırlıq
işləri barədə
qonağa ətraflı
məlumat verilmişdir.
Azərbaycan ilə Latviya arasında rabitə, informasiya və kommunikasiya texnologiyaları sahəsində
əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.
Sonra rabitə və informasiya texnologiyaları üzrə
forum keçirilmişdir.
Tədbirdə "Azərbaycan
Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər
üçün Dövlət
Proqramı (Elektron Azərbaycan)"ın icrası zamanı Latviya təcrübəsindən
istifadə olunması
məsələləri müzakirə
edilmişdir.
Nazir Əli Abbasov Dövlət Proqramının həyata
keçirilməsi nəticəsində
rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf etdirildiyini, informasiya cəmiyyətinin formalaşdığını
bildirmişdir. O, informasiya-kommunikasiya
texnologiyaları sahəsində
aparılan siyasət,
həyata keçirilən
islahatlar və perspektiv layihələr barədə ətraflı
məlumat vermiş, görülən işlər
nəticəsində respublikada
kommutasiya şəbəkəsinin
72 faizinin elektronlaşdırıldığını
bildirmişdir. Ə.Abbasov layihə çərçivəsində Dünya Bankı ilə əməkdaşlığın
genişləndiyini, Koreya
Respublikası ilə anlaşma memorandumunun imzalandığını diqqətə
çatdırmışdır. Nazir proqram üzrə orta məktəblərin internetlə əhatə olunmasına imkan yaradıldığını, hazırda
İKT sahəsində ixtisaslı
kadrların hazırlanması
məqsədi ilə Caspian Beynəlxalq İnformasiya Texnologiyaları
Universitetinin yaradılması
üzrə müvafiq
işlərin görüldüyünü
söyləmişdir.
Respublikada Regional İnnovasiya
Zonasının yaradılması
üzrə aparılan
hazırlıq işləri
barədə məlumat
verən nazir, ABŞ-ın "Buz Allen Hamilton" şirkətinin regional innovasiya zonalarının yaradılmasına dair xüsusi təkliflər paketi hazırladığını
qeyd etmişdir.
Latviyalı nazir xanım İna Qudele ölkəsində Elektron hökumət proqramının həyata
keçirilməsi istiqamətində
görülən işlər
barədə ətraflı
məlumat vermiş, bu sahədə əldə olunan nailiyyətlərdən danışmışdır.
Azərbaycan.-
2007.- 31 mart.- S. 7.