Samirə

 

Ələkbər əminin Təbəssüm ordeni

Bizə nəsib oldu

 

Dünən R.Behbudov adına Mahnı Teatrında uşaqların böyüklərin sevimlisi olan aktyor, rejissor, əməkdar artist, iki dəfə prezident mükafatçısı Ələkbər Hüseynovun "Təbəssüm ordeni" ilə təltif edilməsi mərasimi baş tutdu. Hamımızın "Ələkbər əmi" kimi tanıdığımız aktyora bu rəmzi mükafatı Təbəssüm Ordeni Kapitulasının sədri Marek Mixalyak təqdim edib.
   1968-ci ildə Polşanın "Kurier Polski" jurnalının təsis etdiyi bu orden 1979-cu ildə BMT tərəfindən tanınıb. Orden uşaqların böyüklərə onlar tərəfindən gördükləri məhəbbət qayğıya cavab kimi səciyyələnir. Dünya üzrə buna alternativ mükafat qeydə alınmayıb. Mütləq qaydada uşağın təqdim etdiyi gülümsəyən Günəş təsvirli ordeni qəbul edərkən laureat bir stəkan limon şirəsini təbəssümlə içməlidir. Təbəssüm ordeninin kavalerləri arasında Hillari Bill Klintonlar, XIV Dalay-lama, İolanta Aleksandr Kvasnevskilər, İsveçin kraliçası Silviya, həmçinin müəllimlər, ruhanilər həkimlər var.
Ələkbər Hüseynov ilk azərbaycanlıdır ki, bu ordenə layiq görülüb.

 

Həftə içi.- 2007.- 14 mart.- S. 8.