“Azərbaycanda Koreya mədəniyyəti və
kinosu günləri”
Bu adda
toplu işıq üzü görüb
2005-ci il
iyunun 25-dən 30-a qədər SEBA (Seul-Baki) Azərbaycan-Koreya Mədəniyyət MübadiləsiAssosiasiyası
və Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun birgə dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilmiş
Koreya Mədəniyyət
Günləri, eyni zamanda, həmin ilin oktyabrın 17-dən 20-ə qədər assosiasiya ilə Koreyanın Özbəkistandakı
və Azərbaycandakı
səfirliyi ilə birlikdə təşkiledilmiş
Koreya Kinosu Günlərinəhəsr edilmiş
toplu işıq üzü görüb.
Nəfis tərtibatlı kitabın ilk səhifəsində Azərbaycan
Mədəniyyətinin Dostları
Fondunun sədri Mehriban Əliyevanın tədbirdəki çıxışı
əksini tapıb. SEBA (Seul-Baki) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının
sədri Ruhəngiz Heydərovanın sözlərinə
görə, onlar Azərbaycan-Koreya ikitərəfli əlaqələrinin
inkişafında müəyyən
rol oynamış, həmçinin müasir dünyada ölkəmizin müsbət imicinin möhkəmləndirməsi
üçün xüsusi
əhəmiyyəti olan
bu tədbirin tarixdə ən parlaq izlər qoymasını istəyirlər.
Kitabda tədbir təşkilatçıları ilə birlikdə qonaqların olduğu yerləri əks etdirən fotolar yerləşdirilib. Eyni zamanda, hər iki tədbir çərçivəsində S.Bəhlulzadə adına sərgi salonu, M.Maqomayev adına Dövlət Filarmoniyası, Azərbaycan
Taekvondo Federasiyası
ilə tanışlıq,
Gülüstan Sarayı,
Akademik Opera və Balet Teatrında
F.Əmirovun "1001 gecə"
baletinin nümayişi,
Heydər Əliyev Fondu ilə tanışlıq və Mehriban Əliyeva ilə keçirilən görüş, Heydər Əliyev adına Sarayda keçirilən tədbirlərlə
bağlı və vida mərasimindən hazırlanmış yazılar,
maraqlı fotolar topluda öz əksini tapıb.
Kitabın son səhifələrində
dövlət və ictimai xadimlər -fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, təhsil nazirinin müavini Sevda Məmmədəliyeva, akademik
Budaq Budaqov, kinoreyissor Eldar Quliyev, Oqtay Mirqasımov, tarix elmləri doktoru Yaqub Mahmudov, Xalq artisti Şəfiqə
Məmmədova və
başqalarının hər
iki tədbirlə bağlı təəssüratları
dərc edilib.
Kaspi.- 2007.- 2 mart.- S. 17.