Milli teatr sənəti
sahəsində ciddi yeniliklər gözlənilir
Nazir Əbülfəs Qarayev
səhnə xadimlərilə dünənki
görüşündə Prezident Sərəncamına
əsasən bu sahədə görüləcək
işlər barədə məlumat verib
Dünən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin teatr və kino sənətinin
inkişafına dair imzaladığı sərəncamla
əlaqədar ölkənin
tanınmış incəsənət
adamları ilə görüşüb. Tədbiri
giriş sözü ilə Ə.Qarayev açaraq, sərəncamla, bu layihə çərçivəsində
görüləcək işlərlə
bağlı məlumat
verib: "Bu sərəncama əsasən
2 il müddətində
bir çox teatrların binaları, eləcə də Heydər Əliyev adına Saray əsaslı təmir edilməlidir. Artıq martın 16-dan sonra Saray təmirə dayandırılacaq. Təmirlə
bağlı layihələri
mən 6-7 dəfə
prezidentə təqdim
etdim. Hər dəfə o, müəyyən dəyişikliklərə
ehtiyac gördü, layihədə müəyyən
məqamlarda yeniliklər
olmasını tövsiyə
etdi. Nəhayət, yekun variant
hazırlandı və
artıq layihənin icrasına başlanılıb".
Əbülfəs Qarayevin
sözlərinə görə,
son 1 ildə, digər sahələrdə
olduğu kimi, teatrda da yeniliklər
edilib: "İndiyə
kimi 78 tamaşa hazırlanıb, təhvil
verilib. Bunların
arasında yeniləri
ilə yanaşı, artıq uzun müddətdir ki, unudulan, oynanılmayan tamaşalar da var. Bu sahədə
mən gənclərin
fikirlərinə daha çox önəm verdim. Gənc rejissorların ssenariləri
əsasında bir neçə tamaşa hazırlandı. Ən önəmli hadisə isə Vyanada Üzeyir Hacıbəyovun
"Arşın mal alan" operası və Qahirə Opera Teatrında Fikrət Əmirovun "Min bir gecə"
baletinin nümayiş
olunması idi". Nazir Dövlət Filarmoniyası, Opera və Balet Teatrı
orkestrlərində yeni
musiqiçilərə ehtiyac
olduğunu və bunun üçün ötən il müsabiqə keçirildiyini
söyləyib: "Biz
müsabiqədə 20 nəfərin
seçilməsini nəzərdə
tutmuşduq. Ancaq kastinqlər zəif aparıldı, çox az istedadlı uşaqlar qatıldı və cəmi 12 nəfər seçə bildik. Bu səbəbdən
də müsabiqənin
yenidən keçirilməsini
nəzərdə tutmuşuq".
Ə.Qarayev yaxın zamanlarda ölkəmizdə bir neçə teatr festivalı keçiriləcəyini
bildirib. Nazir əyalət teatrlarının
da bu layihəyə
qatılmaq imkanı əldə etdiklərini deyib: "Həmçinin
bölgələrdəki teatrların
binalarının təmiri,
onların müasir avadanlıqlarla təmin edilməsini nəzərdə
tutmuşuq. Bunun üçün yerli kollektivlərin nümayəndələri
layihələr hazırlayıb,
bizə təqdim etməlidirlər. Layihələrin
qəbulu üçün
nazirliyin nümayəndələrindən
ibarət xüsusi şura yaradılıb".
Mədəniyyət və
turizm naziri mövsümün əvvəlində
"Yaddan çıxmaz
Qarabağ" layihəsinin
ikinci hissəsinin keçiriləcəyini qeyd
edib. O, layihənin ilk variantında buraya bir çox
teatrların qoşulduğunu
və onların öhdəsinə verilən
tapşırıqları uğurla
yerinə yetirdiklərini
deyib. Ə.Qarayev nazirliyə təqdim olunan ssenarilərdən söz açaraq, onların arasında aşağı
səviyyəlilərin üstünlük
təşkil etdiyini söyləyib: "Bu gün, demək olar ki, hamı
ssenari yazır. Təqdim olunan ssenariləri nazirliyin nümayəndələri oxuyur
və onlar arasında seçim aparıb beşini mənə çatdırırlar.
Mən özüm həmin ssenariləri çox diqqətlə oxuyuram və bunların içərisindən
cəmisi birini götürürəm. Bütün
bunlar tamaşaların
nümayişinin yüksək
səviyyədə keçirilməsi
üçündür. Biz
səhnələşdiriləcək əsərləri eyni zamanda klassik və müasir əsərlər, o cümlədən dünya
ədəbiyyatının seçmə
nümunələri arasından
müəyyənləşdirməyə çalışırıq. Tamaşa
hazırlayarkən kollektiv
maddi amildən daha çox işin səviyyəsinə
önəm verməlidir".
Nazir "Teatr haqqında" qanunun hazırlanması ilə bağlı məlumat verərək, ölkədə
bu sahə üçün yeni anlayış olan prodüsser fəaliyyəti
barədə danışıb:
"Bilirsiniz ki, indiyədək bizim teatrlarda prodüsser anlayışı olmayıb.
Amma teatrlarımızda
təmir işləri
başa çatdırıldıqdan
sonra biz kollektivlərə prodüsserlərin
cəlb edilməsini nəzərdə tutmuşuq.
Həmçinin teatrlarda
kompüter mütəxəssisləri,
texnoloqlar yoxdur. Ancaq olmalıdır və teatrda çalışacaq kompüter
mütəxəssisləri repertuarda olan bütün tamaşaların
mətnini bilməlidir.
Hazırda iki gənc musiqiçini Moskvaya öz sənəti üzrə təhsil almağa göndərmişik. Bir tələbə isə orada kino sahəsilə
bağlı təhsil
almağa gedib. İstəyirik ki, teatr üçün də belə gənclər yetişdirilsin.
Bunun üçün
teatrların rəhbərlərinə
özlərinin məsləhət
bildikləri istedadlı
gəncləri bizə
təqdim etməlidirlər.
Həmin
gəncləri müvafiq
xarici ölkələrdə
təhsil almağa göndərəcəyik. Çalışacağıq
ki, teatrlarımızın
Avropa ölkələrindəki
kollektivlərin səviyyəsinə
uyğunlaşdırmaq üçün
bu vasitədən də istifadə edək". Nazir teatrların nəzdində
studiyaların yaradılacağını
da nəzərə çatdırıb. O, studiyalarda
peşəkar teatr işçilərinin yetişdiriləcəyini
açıqlayıb. Ə.Qarayev Rus Dram
və Gənc Tamaşaçılar teatrlarının
binalarında təmirin
tezliklə başa çatdırılacağını və aprel-may aylarında təhvil veriləcəyini deyib:
"Hazırda bir sıra teatrların binaları təmirdədir.
İrəvan və Şuşa teatrları bina ilə təmin
ediləcək. Bu teatrlar uzun müddətdir
ki, öz tamaşalarını çox
çətin şəraitdə
hazırlayırlar". Ə.Qarayev mədəniyyət
işçilərinə fəxri
adların verilməsi
məsələsinə də
toxunub: "Fəxri ad verilməsi ənənəsi indi təkcə Azərbaycanda
və Rusiyada var. Bu ənənə
bizə sovet hökumətindən qalıb
və biz bunu davam etdirməyə
çalışırıq. Ancaq açığını
deyim ki, mənə təqdim edilən siyahılarda bəzən fəxri ada layiq olmayan
sənətçilərin də adlarına rast gəlirəm. Odur ki, ya
gərək biz bütün sənətçilərə
fəxri adlar verək, ya da ən dəyərli
sənətkarlarımızı seçib, bu adlarla təltif edək. Yəni fəxri ad məsələsini
adiləşdirmək lazım
deyil". Nazir teatr işçilərinin
maaşlarının daha
da artırılacağına
ümidvar olduqlarını
diqqətə çatdırıb.
Tədbirdə iştirak edən
Milli Məclisin mədəniyyət məsələləri
daimi komissiyasının
sədri Nizami Cəfərov teatr sahəsində görüləcək
işlərlə bağlı
imzalanan prezident sərəncamını yüksək
qiymətləndirib. Teatr
Xadimləri İttifaqının
rəhbəri Azərpaşa
Nemətov sözügedən
sərəncamın Azərbaycan
teatr sənətinin inkişafı və dünyada tanınması baxımından mühüm
rol oynayacağını
bildirib.
525-ci qəzet.- 2007.- 7 mart.- S. 7.