Yeni
teatrın festivalı
Əbülfəs Qarayev: "Heç
də hər bir xalq 134 illik
teatr tarixi kimi xoşbəxtliyə malik deyil"
Ənənə
pozuldu...
Teatr
sənətimizin kökləri b.e.ə. 4000 il
öncəyə gedib çıxsa da, 1873-cü il martın
10-da Həsən bəy Zərdabi ilə Nəcəf bəy
Vəzirovun təşəbbüsü, müasir dillə
desək, prodüserliyi və Əbdürrəhim bəy
Haqverdiyevlə Əsgər ağa Goraninin rejissorluğu ilə
tamaşaya qoyulan M.F.Axundovun "Hacı Qara" və
"Lənkəran xanının vəziri"
komediyalarını səhnəyə çıxarmaq nə
qədər çətin idisə, bu günün teatr
xadimləri üçün də festival ənənəsini
inkişaf etdirmək bir o qədər müşküldür.
Səbəblər çeşidlidir - maliyyəsizlikdən
tutmuş, ustadlarla tələbələr arasında
estafetin ötürülmə
mexanizminin ləngliyinə
qədər.
Teatr sahəsinə
ayrılacaq diqqətin
əsaslı olacağından
xəbər verən son ayların məlum yenilikləri mövsüm bayramları,
"Qaragöz" oyunu,
"Qaravəlli" kimi
milli zəmini olan teatr mədəniyyətimizin
bir yox, bir neçə respublika və beynəlxalq əhəmiyyətli
festivallara ev sahibliyi edəcəyinə,
yeni, parlaq adların sorağının
müxtəlif müsabiqə
və festivallardan gələcəyi günün
uzaq olmadığına
inam yaradır.
Hələlik isə 10 mart - Milli Teatr günü
münasibətilə Mədəniyyət
və Turizm Nazirliyinin Teatr Xadimləri İttifaqı
(TXİ) ilə birgə
təşkil etdiyi gənc rejissorların
"Yeni teatr" respublika festivalı davam edir. Aktyor
Evində baş tutan mərasimdə teatr bayramını açıq elan edən mədəniyyət
və turizm naziri Əbülfəz Qarayev çıxışında
qeyd etdi ki, "heç də hər bir xalq 134 illik
teatr tarixi kimi xoşbəxtliyə malik deyil". Azərbaycan teatr sənətinin keçdiyi yolda qürur doğuracaq səhifələrin çox
olduğunu, bundan sonra bu sahənin
inkişafının yeni
mərhələsinin başlandığını
qeyd edən nazir xüsusi olaraq vurğuladı ki, 1882-ci ildə İrəvan Azərbaycan Dövlət Dram, 1905-ci ildə isə Tiflis Azərbaycan
Dövlət Dram teatrlarının meydana gəlməsi istər mədəniyyət tariximiz,
istərsə də milli özünüdərk
tariximizdən ötrü
son dərəcə önəmli faktlardır.
Ə.Qarayev:
"Çünki bu və ya digər
xalqın teatrı o zaman formalaşa
bilir ki, həmin xalqın o ölkənin tarixində dərin kökləri var. Teatr xadimləri bu amili unutmamalı,
ən müxtəlif yanaşmalarda qabartmalıdırlar".
Daha sonra İran,
Orta Asiya, Volqaboyu xalqlarının teatr sənətinin yaranmasına və inkişafına böyük
təsir etmiş teatr sənətimizin bu gününü Dövlət Pantomim, Akademik Milli Dram, Opera, Musiqili
Komediya, Kukla teatrları müxtəlif
tamaşalardan seçilmiş
parçalarda göstərdilər.
Novruz bayramı ərəfəsi
olduğundan mərasim
müvafiq detallarla daha da süslənmişdi
(bəzi qüsurlar da baş verdi.
Aktyor Evinin yenicə təmirdən çıxmış
zalının işıqları
ilk səhnəciklər
başlayanda necə söndürüldüsə, sonrakı
çıxışlar və
hətta "Qızıl
dərviş" mükafatının
təqdimatı zamanı
da yandırılmadı.
İşlək vəziyyətdə
olan mikrofonla isə yalnız TXİ-nin sədri Azərpaşa Nemətovun
özü danışdı.
Və bunu "yanlış da bir naxışdır"
sayaraq, "sübut etdik ki, bu
zalın akustikası yaxşıdır" zarafatından
da qalmadı).
"Yeni teatr"
festivalında öz məharətlərini 15 nəfər
gənc rejissor nümayişləyəcək. Bunlar nazirliyin ictimaiyyətə
açıqladığı
"2006-2016-cı illər
üçün "Mədəniyyət
sahəsində dövlət
inkişaf konsepsiyası"na uyğun olaraq
gerçəkləşdirdiyi gənc rejissorların bölgə teatrlarına ezam olunaraq dövlət
sifarişi ilə tamaşa hazırlayan və beləliklə, yeni nəfəsli yaradıcı axtarışların üzə çıxmasında iştirak
edən "Yuğ"
Dövlət Teatrının
yetirmələri İradə
Gözəlova (Gəncə
Dövlət Dram Teatrı, "Qəribə
oğlan"), Gümrah ?mərov (Lənkəran
Dövlət Dram Teatrı, "Onun iki qabırğası"),
Şahbaz Rəsulov (Şəki Dövlət Dram Teatrı, "Molla İbrahimxəlil kimyagər") Günay
Səttarovadan (Qazax Dövlət Dram Teatrı, "Qarışqa
tələsi") savayı,
İlham Əsgərov
(Akademik Milli Dram Teatrı, "İnsan səsi"), Nicat Kazımov (Gənc Tamaşaçılar
Teatrı, "Pəri
cadu"), Tural Vaqifoğlu (Gənc Tamaşaçılar Teatrı,
"Taxt-tac, Dadan və Şamaxı şahzadəsi"), Akademik
Milli Dram Teatrının aktyoru Samir Qulamov (Sumqayıt Dövlət Musiqili Dram Teatrı,
"Ağ bayraqlar)",
Gümrah ?mər (İrəvan Dövlət Azərbaycan Dram Teatrı, "Dan yeri söküləndə"),
Elşad Rəhimzadə
(Dövlət Kukla Teatrı, "Ələddin"),
Nargilə Qəribova
(Dövlət Pantomim Teatrı, "Yol"), Tural Ağayev (Bakı Bələdiyyə Teatrı, "Skapenin
kələkləri"), Mikayıl
Mikayılov ("Yuğ"
Dövlət Teatrı,
"Viy"), Kamran Şahmərdan ("İbrus"
Teatrı, "Tənha
səs"), Elvin Mirzəyev və İmaməddin Həsənovdur
(Teatr Xadimləri İttifaqı Yaradıcı
Gənclər Mərkəzi,
"Əli və Nino").
Gənc rejissorların
tamaşaları şəhərimizin
müxtəlif teatr məkanlarında oynanılacaq.
Festivalın açılış
günü ənənəyə
uyğun olaraq "Qızıl dərviş"
milli teatr mükafatının növbəti
dəfə təqdim edilməsi də baş tutdu. Münsiflər heyətinin
üzvlərinin qərarına
görə, "ən
yaxşı rejissor"
və "ən yaxşı aktyor" nominasiyaları üzrə
"Qran-pri" verilmədi.
Əvəzində zamanla
ayaqlaşaraq "ən
yaxşı epizodik rol" nominasiyasının
qüvvəyə minməsindən
xəbər tutduq. Nizamnaməyə görə, "Qızıl dərviş"ə bütün yaradıcılıqları boyu
yalnız bir dəfə layiq görülmək hüququnu
bu dəfə C.Məmmədquluzadə adına
Naxçıvan Dövlət
Musiqili Dram Teatrının aktyoru Rza Xudiyev "Fərhad və Şirin" tamaşasında
yaratdığı Fərhad obrazına görə
"ən yaxşı
dramatik obraz",
"Yuğ" Dövlət
Teatrının aktrisası
Sonaxanım Mikayılova
"Can üstə"
tamaşasında canlandırdığı
rola görə "ən yaxşı psixoloji-dramatik obraz", Gənc Tamaşaçılar
Teatrının aktyoru
Yasin Qarayev "Çimnaz xanım yuxudadır" tamaşasında
yaratdığı Qafar
roluna görə
"ən yaxşı komik
obraz", Milli Dram Teatrının aktrisası Sevinc Əliyeva "Kaş, araba aşmayaydı" tamaşasında oynadığı
Jujuna roluna görə "ən yaxşı epizodik rol", Sumqayıt Dövlət Musiqili Dram Teatrının rejissoru Firudin Məhərrəmov "Qarağaclar
altında məhəbbət"
tamaşasına görə
"əcnəbi dramaturgiyanın
ən yaxşı həlli" və teatr rəssamı
Tahir Tahirov Opera və Balet
Teatrının səhnəsində
qoyulan "O olmasın,
bu olsun" və Bakı Kamera Teatrının səhnəsində hazırlanan
"Şeyx Sənan"
tamaşalırının dekorasiyalarına
görə "ən
yaxşı teatr rəssamı" nominasiyalarında
qazandılar.
2007-ci ilin "Qızıl dərviş"lərinin də digər illərdə olduğu kimi (TXİ-nin mərhum və hələlik əvəzolunmaz prezidenti Həsənağa Turabovun
təsis etdiyi nizamnaməyə görə),
Milli Teatr günündə təqdim
edilmək ənənəsi
pozulmasa da, təqdimat öncəsi ötən bir il ərzində dünyasını dəyişmiş teatr xadimlərinin xatirəsini
anmaq ənənəsinə
bu dəfə riayət edilmədi...
Həftə içi.- 2007.- 13 mart.- S. 8.