Dəyirmi masa ətrafında söhbət

 

Martın 10-da gənc rejissorların "Yeni teatr" adlı respublika festivalı çərçivəsində Aktyorlar Evində Azərbaycan milli teatrının yaradılmasının 134 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev iştirakçıları 10 Mart - Milli Teatr Günü münasibətilə təbrik etmiş, Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" "Hacı Qara" komediyalarının 1873-cü ildə səhnədə oynanılması ilə əsası qoyulan milli teatrımızın ənənələrindən, onun keçdiyi yollardan danışmışdır.
Dövlətimizin mədəniyyətin, eləcə teatrın inkişafına böyük diqqət yetirdiyini vurğulayan nazir, Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının bir sıra teatrlarında əsaslı təmir yenidənqurma işlərinə başlanıldığını bildirmişdir.
Gənc rejissorların "Yeni teatr" respublika festivalının ölkəmizdə ilk dəfə keçirildiyini deyən Ə.Qarayev diqqətə çatdırmışdır ki, indi yaxşı gənc rejissorlar nəsli yetişməkdədir. Onlar Azərbaycan dünya klassiklərinin əsərlərinə cəsarətlə müraciət edirlər. Gənclərin quruluşunda indi bizim teatr səhnələrində Jan Koktonun, Molyerin, Qoqolun, Puşkinin, İlyas Əfəndiyevin əsərləri tamaşaçılara müvəffəqiyyətlə təqdim olunur.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov qeyd etmişdir ki, cari ildə teatr ictimaiyyəti Teatr Xadimləri İttifaqının 110 Azərbaycan İrəvan Dövlət Dram Teatrının 125 illik yubileylərini bayram edəcəkdir.
Sonda nazir jurnalistlərin suallarını cavablandırmışdır.

 

Azərbaycan.- 2007.- 11 mart.- S. 5.