Ələddin tamaşası göstərilmişdir

 

Gənc rejissorların "Yeni teatr" Respublika Festivalı çərçivəsində martın 10-da Aktyor Evinin səhnəsində Azərbaycan Dövlət Kukla Teatrı rejissor Nicat Kazımovun xalq nağılı əsasında işlədiyi bir hissəli "Ələddin" nağıl-oyun tamaşasını təqdim etmişdir.
Rejissor Elşad Rəhimovun quruluşunda göstərilən eyni adlı tamaşada əsas rolları Elşad Rəhimzadə (Ələddin), Lalə Məmmədova (Budur), Rəhman Rəhmanov (Şah), Mansur Mansurov (Cin) başqaları ifa etmişlər.
Xeyrin Şər üzərində qələbəsi ilə nəticələnən tamaşanın rəssamı Lətifə Quluzadə, bəstəkarı Cahangir Zülfüqarovdur.
Teatrsevərlər səhnə əsərini maraqla qarşılamışla

 

Azərbaycan.- 2007.- 11 mart.- S. 5.