Gənc rejissorların respublika festivalı
başlamışdır
Martın 10-da Aktyorlar
Evində Mədəniyyət və Turizm Nazirliyinin və
Azərbaycan Teatr Xadimləri İttifaqının birgə
təşkilatçılığı ilə Milli Teatr
Günü münasibətilə gənc rejissorların
"Yeni teatr" adlı respublika festivalının
açılış mərasimi olmuşdur.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev mərasimi açaraq mədəniyyət xadimlərini
əlamətdar gün
münasibətilə təbrik
etmişdir. Milli teatrımızın 134 illik tarixə malik olduğunu diqqətə çatdıran
nazir, onun təməlinin qoyulmasında
və inkişafında
Mirzə Fətəli
Axundovun, Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim
bəy Haqverdiyevin, Hüseyn Cavidin, Cəfər Cabbarlının
və başqalarının
əvəzsiz xidmətlərindən
söz açmışdır.
"Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Prezident İlham Əliyevin 2007-ci il 19 fevral tarixli
Sərəncamının teatr
sənətimizin tərəqqisinə
layiqli töhfə olduğunu vurğulayan Ə.Qarayev demişdir ki, hazırda ölkəmizdə
Mədəniyyət və
Turizm Nazirliyi sistemində 28 dövlət
teatrı fəaliyyət göstərir.
Sərəncamdan irəli
gələn vəzifələrin
yerinə yetirilməsi
üçün ümumi
teatr prosesini istiqamətləndirmək, yaradıcı
kollektivlərin müntəzəm
və səmərəli
fəaliyyətini təmin
etmək məqsədilə
nazirlik maliyyə, təşkilati və yaradıcılıq imkanlarından
maksimum istifadəyə
çalışır. Nazirliyin ictimaiyyətə
açıqladığı
"2006-2016-cı illər
üçün mədəniyyət
sahəsində Dövlət
İnkişaf Konsepsiyası"nda da milli
teatr sənətinin tərəqqisi, yeniləşməsi
və beynəlxalq teatr məkanında layiqli yer tutması
vacib məqsəd kimi qarşıya qoyulmuşdur.
Martın 10-dan 17-dək davam
edəcək festivaldan
başlıca məqsəd
istedadlı gənc rejissorları üzə çıxarmaq və onların gələcək
inkişafına yardımçı
olmaqdan ibarətdir. 15
gənc rejissorun qatıldığı bu festivalda ən layiqliləri müəyyənləşdirmək
üçün nazir
teatr tənqidçiləri
qrupuna obyektiv olmağı tövsiyə
etmişdir.
Festival aktyorların ifasında tamaşalardan parçaların göstərilməsi
ilə açılmışdır.
Azərbaycan.- 2007.- 11 mart.- S. 5.