Gənc rejissorun Akademik Milli Dram Teatrının səhnəsində debütü
Milli teatr günü münasibətilə
gənc rejissorların
"Yeni teatr" devizi ilə keçirilən respublika festivalı çərçivəsində
martın 10-da Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tanınmış
fransız yazıçısı
və dramaturqu Jan Koktonun (1889-1963) "İnsan
səsi" pyesi əsasında İlham Əsgərovun quruluş verdiyi eyniadlı tamaşa göstərilmişdir.
Kişi və qadın münasibətlərinə
həsr olunmuş tamaşada rolları xalq artisti Bəsti
Cəfərova, aktyorlar
Elşən Şahinoğlu,
Şəlalə Şahvələdqızı,
Ziba Ramazanova, Rəşad Bəxtiyarov və Elnur Qədirov
ifa etmişlər.
Tamaşanın rəssamı xalq
rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Səbuhi
Məmmədovdur. Pyesi Azərbaycan
dilinə Sahib Novruzov tərcümə etmişdir.
Tamaşaçılar əsəri rəğbətlə
qarşılamışlar.
Qeyd edək ki, "İnsan səsi" tamaşası Mədəniyyət
və İncəsənət
Universitetini bitirmiş
və dram rejissoru ixtisası üzrə magistr təhsili almış İlham Əsgərovun rejissor debütüdür.
Azərbaycan.- 2007.- 11 mart.- S. 5.