Qarışqa tələsi Qazax teatrında

 

Qazax Dövlət Dram Teatrının yaradıcı qrupu gənc reyissorların "Yeni Teatr" Respublika festivalı çərçivəsində tamaşa nümayiş etdiriblər. Firuz Mustafanın əsəri əsasında Günay Səttarovanın quruluş verdiyi "Qarışqa tələsi" adlı dramatik komediyanın təqdimat mərasimi keçirilib. Keşməkeşli dövr, qarışıq zaman həyatın müxtəlif anlarını əks etdirən tamaşada rolları İlqar Hacıyev, Nazilə Məmmədova, Minayə İbrahimova, Elvin Həsənov, Zaur Məmmədov, Züleyxa Məmmədova Allahverdi Musayev oynayıblar

 

Kaspi.- 2007.- 17-19 mart.- S. 20.