Ramilə
“Yeni teatr”
Milli teatr günündə start
götürən gənc rejissorların respublika festivalı
belə adlanır
Bu gün Teatr
Xadimləri İttifaqının (TXİ) yenicə
təmirdən çıxmış tamaşa salonunda bayram
bayrama qarışacaq. Mədəniyyət və Turizm Nazirliyi
(MTN) ev sahibi ilə birgə milli teatr gününü qeyd
edəcəklər. İl ərzində fərqlənən
teatr xadimlərimizdən altısı ənənəvi
"Qızıl Dərviş" mükafatına layiq
görüləcək. Amma bu həmin gün qeyd olunacaq
yeganə tədbir olmayacaq. MTN-in TXİ ilə birgə daha bir
işi sabah teatrsevərlərə təqdim ediləcək.
"Yeni teatr" gənc rejissorların ilk respublika
festivalının açılış mərasimi də milli
teatr gününə təsadüf edəcək.
Bayram tədbirinin və
festivalın açılışından əvvəl
iştirakçılar M.F.Axundovun heykəlini ziyarət edib,
gül dəstələri qoyacaqlar. Ordan isə Fəxri
Xiyabanı ziyarətə yollanacaqlar. Rəsmi
açılış mərasimi isə saat 12.00-a
planlaşdırılıb. Festival bir həftə davam
edəcək və gənc rejissorların
hazırladığı tamaşalar
göstəriləcək. Qeyd edək ki, bir müddət
öncə Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi ilə gənc rejissorlar yeni tamaşalar hazırlamaq
üçün əyalət teatrlarına
göndərilmişdi. Həmin tamaşalar artıq teatrsevərlərə təqdim
olunub. Festival günlərində
paytaxt tamaşaçıları
da həmin tamaşaları izləyə
biləcəklər.
Festivalı izləmək istəyənlərin
nəzərinə çatdırırıq
ki, elə açılış mərasimindən
sonra saat 16.00-da Dövlət Kukla Teatrının Nicat Kazımovun, Elşad Rəhimzadənin quruluşunda
"Ələddin" tamaşası
göstəriləcək. Bu, həm də festivalın rəsmi startı sayılacaq.
Saat
19.00-da isə Akademik Milli Dram Teatrının binasında elə həmin teatr Jan Koktonun İlham Əsgərovun quruluşunda
"İnsanın səsi"
dramı ilə çıxış edəcək.
Martın 11-də saat 12.00-da festival tamaşaçıları
Gənc Tamaşaçılar
Teatrının rejissoru
Tural Mustafayevin quruluş verdiyi A.S.Puşkinin "Taxt-tac,
Dodon və Şamaxı şahzadəsi"
tamaşasına TXİ-nin
tamaşa salonunda baxa bilərlər. Həmin gün
eyni məkanda saat 19.00-da Sumqayıt Dövlət Musiqili Dram Teatrı Nodar Dumbadzenin "Ağ bayraqlar" əsərinin
Samir Qulamovun quruluşunda tamaşasına
yığışa bilərsiniz.
Gənc Tamaşaçılar
Teatrının rejissoru
Nicat Kazımov özünün quruluş
verdiyi Ə.Haqverdiyevin "Pəri cadu" əsərinin tamaşasını martın
12-də saat 16.00-da Musiqili
Komediya Teatrının
binasında təqdim edəcək. Həmin gün J.Koktonun
"Tənha səs"
əsərinin tamaşasına
"İbrus" Teatrına
xaricdən dəvət
olunmuş azərbaycanlı
gənc rejissor Kamran Şahmərdanovun quruluşunda teatrın öz binasında saat 19.00-da baxmaq imkanımız var.
İrəvan Dövlət
Azərbaycan Dram Teatrı
Gümrah Ömərin
quruluşunda İftixarın
"Dan yeri söküləndə"
tamaşasını 13 mart saat
14.00-da TXİ-nin tamaşa salonunda təqdim edəcək. Həmin gün elə həmin məkanda, amma saat 19.00-da Pantomima Teatrının rejissoru Nargilə Qəribova özünün
"Yol" tamaşasını
göstərəcək.
Martın 14-də ilk əyalət teatrının
tamaşasına baxmaq
imkanımız var. Bu, Gəncə
Dövlət Dram Teatrının
"Qəribə oğlan"
tamaşasıdır. İlyas Əfəndiyevin
bu əsərinə İradə Gözəlova
quruluş verib. Tamaşa
TXİ-nin tamaşa salonunda saat 14.00-da təqdim olunacaq.
"Yuğ"
Teatrının rejissoru
Mikayıl Mikayılov
Qoqolun "Viy" əsərinin tamaşasını
həmin teatrın səhnəsində 14 mart saat
16.00-da göstərəcək. Həmin
gün saat 19.00-da Şəhriyar adına
Mədəniyyət Mərkəzinin
səhnəsində Bakı
Bələdiyyə Teatrının
rejissoru Tural Ağayev J.B.Molyerin "Dələduz" tamaşasını
təqdim edəcək.
M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər" əsərinə isə Şəki Dövlət
Dram Teatrında rejissor
Şahbaz Rəsulov quruluş verib. Onun bu işi ilə
martın 15-də saat
14.00-da TXİ-nin tamaşa salonunda
Yenə həmin
məkanda Lənkəran
Dövlət Dram Teatrının
Əli
Əmirlinin "Onun iki qabırğası"
tamaşası rejissor
Gümrah Ömərin
prizmasında martın
16-da saat 14.00-da nümayiş
olunacaq. Saat 19.00-da isə TXİ-nin Yaradıcı Gənclər Mərkəzi
Elvin Mirzəyev və
İmaməddin Həsənovun
quruluş verdikləri
Qurban Səidin "Əli və Nino" əsərinin tamaşasını
göstərəcək.
Bu tamaşa
festivalın həm də son tamaşasıdır. Martın 17-də saat 17.00-da festivalın bağlanış mərasimi
olacaq.
Gün.- 2007.- 10-16 mart.- S. 25.