Yeni teatr Festivalına
15 gənc rejissor qatılıb
Milli Teatr Günü ilə əlaqədar "Yeni teatr" Respublika Festivalına start verilib. Aktyor Evində keçirilən
açılış mərasimində
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev milli teatrımızın
134 illik şərəfli
tarixi olduğunu deyərək, səhnə
sənətimizin ən
görkəmli nümayəndələrinin
bu sahədəki xidmətlərindən danışıb.
Müasir dövrdə teatr
sənətinin Azərbaycan
mədəniyyətində önəmli yer tutduğunu bildirən nazir bu istiqamətdə
inkişafa xidmət edən tədbirlər həyata keçirildiyini və belə işlərin davam etdiriləcəyini vurğulayıb.
Sözügedən festivalın sənət
aləmində maraq doğuracağına və
uğurlu alınacağına
inandığını deyən
Ə.Qarayev kollektivlərin
işinə obyektiv qiymət verilməsini arzulayıb. Teatrşünas İlham Rəhimli səhnə sənətinin
bugünkü vəziyyətindən
söz açaraq, sürətli inkişafa ümid bsələdiyini və bunun üçün
müəyyən əsaslar
olduğunu diqqətə
çatdırıb. Teatr Xadimləri
İttifaqının sədri
Azərpaşa Nemətov
bu sahədə aparılan işləri və hazırlanan layihələri yüksək
qiymətləndirdiyini önə
çəkib. O, festivalın
gənc teatr adamları üçün
yeni imkanlar açacağına ümidvar
olduğunu qeyd edib. "Yeni
Teatr" festivalına
15 gənc rejissor quruluş verdiyi səhnə əsərlərilə
qatılıb. Açılış
günü Aktyor Evində A.Şaiq adına Kukla
Teatrının kollektivi
"Ələddin" tamaşasını
nümayiş etdirib. Akademik Milli Dram Teatrında isə Jan Koktonun əsəri əsasında
hazırlanan tamaşa
göstərilib.
525-ci qəzet.- 2007.- 13 mart.- S. 7.