Dərvişxan Bakıda çıxış edib

 

İranın Dərviş xan" folklor qrupu Bakıda səfərdə olub. Alman-Azərbaycan Mədəniyyət Birliyi mətbuat xidmətinin məlumatına görə, qrup "Kapellhaus"da konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, xanəndə Mahmud Cahedin rəhbərliyi ilə keçirilən konsertdə onu Ehsan Qafari (tar), Abdulla Xoşraveş (kamança), Hima Xoşraveş (dairə), Əli İbrahimi (ney), Babək Xorşu (tarbas) müşayiət ediblər. Tədbir İran Mədəniyyət Nazirliyinin nümayəndəsinin iştirakı ilə baş tutub.

 

Kaspi.- 2007.-10-12 mart.- S. 20.