Hacıxanoğlu İ.

 

Fəxri adların verilməsi məhdudlaşdırılacaq

 

Əbülfəs Qarayev: "Dünyanın ən tanınmış ölkələrində də fəxri adlar verilmir"

 

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dövlət Akademik Milli Dram Teatrında tanınmış teatr xadimləri ilə görüşərək dövlət başçısının ötən ay teatr sənətinin inkişafı barədə imzaladığı sərəncamdan irəli gələn vəzifələri müzakirə edib. Tədbiri giriş sözü ilə açan Ə.Qarayev sərəncamın vaxtında imzalandığını qeyd edərək bildirib ki, Mədəniyyət Turizm Nazirliyinin fəaliyyət göstərdiyi 1 il 1 ay müddətində teatrlarda yeni bərpa olunan 78 tamaşa hazırlanıb. Çıxışında nazir teatrların binalarında aparılan əsaslı təmir işlərinə toxunub":: "Nəzərdə tutmuşuq ki, ilyarım ya iki il müddətində Azərbaycanda müasir standartlara cavab verən teatr binaları hazır olmalıdır. Həmin teatrlar müasir avadanlıq təchizatla təmin olunacaq". Ə.Qarayev onu da qeyd edib ki, yaxın vaxtlarda Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında əsaslı təmirə başlamaq nəzərdə tutulmayıb. Nazir bu mədəniyyət obyektində təmir işlərinin digər teatrlarda təmir işləri başa çatdıqdan sonra aparılacağını vurğulayıb":: "Artıq bütün teatrlarda Heydər Əliyev adına Sarayda təmir işləri getdiyi üçün Opera Balet Teatrının təmirini bir müddət təxirə salmışıq. Bu müddət ərzində teatrın vizual görünüşündə dəyişikliklər layihələndirmə işləri aparılacaq. Digər teatrlarda təmir işləri başa çatdıqdan sonra isə Opera Balet Teatrı müvəqqəti fəaliyyətini dayandıracaq". Çıxışında nazir "Teatr haqqında qanun"da öz əksini tapan teatrlar üçün prodüsserlər kompüter mütəxəssislərinin yetişdiriləcəyini bu məqsədlə gənc kadrların xaricdə təhsil almalarının təmin ediləcəyini vurğulayıb":: "Bu il "Teatr haqqında" qanunun qəbulu çox təqdirəlayiq haldır. İnanıram ki, bütün bu məsələləri həll etdikdən sonra maddi vəziyyət yaxşılaşacaq. "ələn mövsümün əvvəlində mədəniyyət işçilərinin əmək haqlarının qaldırılması da planlaşdırılır. Azərbaycan teatrı yaşamalıdır bunun üçün biz hər şeyə hazırıq". Əbülfəs Qarayev Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn "2008-2018-ci illərdə Azərbaycan teatrı" Dövlət Proqramı layihəsinin hazırlanması üçün xüsusi komissiyanın yaradıldığını da tədbir iştirakçılarının nəzərinə çatdırıb. Nazir layihənin hazırlanmasında ictimaiyyətin rəyinin nəzərə alınacağını xüsusi vurğulayıb. Qeyd edək ki, son zamanlar incəsənət xadimlərinə fəxri adların verilməsi ilə bağlı çoxlu narazılıqlar ortalığa çıxmışdı. Teatr xadimləri ilə görüşdə Əbülfəs Qarayev bu məsələyə toxunub":: "Artıq "ürcüstan, Baltikyani ölkələr, Ukrayna mədəniyyət incəsənət xadimlərinə fəxri adların verilməsi prosesini davam etdirmir. Dünyanın ən tanınmış ölkələrində fəxri adlar verilmir. Amma buna baxmayaraq, biz bu ənənəni davam etdirməliyik". Teatr rəhbərlərinə müraciət edən nazir bundan sonra fəxri adların verilməsi üçün ona təqdim olunan siyahıda adların bir daha dəqiqləşdirilməsini təklif edib":: "Ötən il 100-ə yaxın mədəniyyət işçisi fəxri ada layiq görülüb bu, çox təqdirəlayiq haldır. Ancaq sizdən xahiş edirəm ki, bundan sonra fəxri adların verilməsi üçün mənə təqdim etdiyiniz siyahı məhdud olsun həmin siyahıdakı insanlar bu ada həqiqətən layiq olsun". Nazir İrəvan Dövlət Dram Teatrının 125 Teatr Xadimləri İttifaqının 110 illiyi münasibəti ilə yaxın günlərdə bir sıra mədəniyyət incəsənət xadiminə fəxri adların verilməsinin nəzərdə tutulduğunu da deyib. Daha sonra xitabət kürsüsünə qalxan Milli Məclisin mədəniyyət məsələləri komissiyasının sədri, millət vəkili Nizami Cəfərov bu gün teatrın saxlanılmasının vacibliyini qeyd edib. Tədbirdə söz alan tanınmış teatr xadimləri dövlət başçısının imzaladığı müvafiq sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsində əllərindən gələni edəcəklərini vurğulayıblar.  

 

Üç nöqtə.- 2007.- 7 mart.- S. 14.