Azərbaycan teatrının problemləri

 

Dünən teatr işçiləri bir araya gəldilər

Əbülfəs Qarayev: "Təmirdən çıxmış teatrlarda beynəlxalq standartlara cavab verən tamaşalar olmalıdır"

Elçin Qaliboğlu

Dünən Akademik Milli Dram Teatrında ölkə prezidentinin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 19 fevral 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı teatr xadimlərinin görüşü keçirildi. Tədbirdə Azərbaycan teatrlarının rəhbərləri, həmçinin rejissorlar, teatrşünaslar, aktyorlar iştirak edirdilər. Giriş sözüylə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirdi ki, tədbirdə ötən bir il ərzində görülən işlər müzakirə ediləcək, həmçinin teatr sənətinin inkişafı ilə əlaqədar təkliflər, mülahizələr müzakirə olunacaq.

O, tədbirin nazirliyin qapalı iclasında yox, məhz geniş səviyyədə müzakirə edilməsinin məqsədəuyğunluğunu qeyd etdi.

O, yeni nazirliyin - Mədəniyyət Turizm Hazirliyinin yaradılmasından sonra xeyli işlər görüldüyünü, irəliləyişlər olduğunu əminliklə bildirdi: "Bu gün teatr sənətinin inkişafına yeni səviyyədə fikir verilir. Hazirliyin yaradıldığı 1 il 1 ayda 78 yeni bərpa olunmuş tamaşa səhnələşdirilib. Ötən müddətdə teatrların gənc nəslinin yetişməsinə, inkişafına xüsusi diqqət yetirilib. 4 gənc rejissor bölgələrdəki teatrlara ezam olunub".

Bu təşəbbüsün müsbət effekt verdiyini deyən nazir ardıcıl olaraq prosesin davam etdiriləcəyini bildirdi. Həmçinin son bir ildə Azərbaycan teatrları beynəlxalq səviyyəli tədbirlərdə daha çox iştirak edib, ölkəni uğurla təmsil ediblər. Bu baxımdan Akademik Milli Dram Teatrının, "Yuğ" Teatrının, Bakı Kamera Teatrının adları xüsusi qeyd edildi. Həmçinin müxtəlif ölkələrdə "Min bir gecə" baletinin, "Arşın mal alan" operalarının müvəffəqiyyətlə tamaşaya qoyulduğu qeyd edildi.

Hazir hazırda bir neçə teatrda əsaslı şəkildə dövlət hesabına təmir işlərinin getdiyini vurğuladı: "Bu, o deməkdir ki, müəyyən dövrdən sonra yüksək səviyyəli təmirdən çıxmış teatrlarda beynəlxalq standartlara cavab verən tamaşalar olmalıdır". Gələn ilin payızında Bakıda "Avropanın mədəni irsi" günləri keçiriləcək. Avropanın 48 ölkəsinin mədəniyyət nümayəndələri Bakıda bir araya gələcək: "Bu tədbir Avropanın mədəni irsi ilə yaxından tanış olmağa imkan verəcək. Baxmayaraq ki, qarşıdakı bir ildə teatrların kollektivləri çətin şəraitdə işləməli olacaqlar, bütün bunlarla yanaşı teatrlarımızın cidi töhvələri olmalıdır. Azərbaycan teatrının özünəməxsus səviyyəsini Avropa görməlidir".

Ə.Qarayev məhz indiki məqamda teatrların təmirinə başlanılmasını məqsədəuyğun hesab etdiyini bildirdi: "Bəziləri deyir ki, tearların birdən təmirinin aparılması zəruri idimi? Hesab edirik ki, bu təmir işləri zəruridir. Əgər bu imkanı əldən versək, o zaman teatrlarımızın vəziyyəti "köhnə hamam, köhnə tas" olacaq. Mədəniyyətsiz ictimai-siyasi həyat mövcud deyil. Məsələn, nazirlik tərəfindən keçirilən "Yaddan çıxmaz Qarabağ" mövzusunda tədbirlər yaxşı alındı. Bu yöndə tədbirlərin növbəti mərhələləri olacaq".

Hazirin çıxışından o da məlum oldu ki, ədəbi incəsənət əsərlərinin sifarişi məsələsinə nazirlik tərəfindən yenidən baxılıb: "Müəllif qonorarlarının həcmi 5 dəfə artırılıb. Ümid edirik ki, bu cür artım müəlliflərimizin məsuliyyətini daha da artıracaq, teatra təqdim edilən əsərlərin keyfiyyətinə bu amil müsbət təsir göstərəcək".

Hazir bir daha vurğuladı ki, teatr üçün təqdim edilən əsərlər nazirlik yanında yaradılmış xüsusi şuranın nəzarətindən keçdikdən sonra onların səhnələşdirilməsinə icazə veriləcək. Beləliklə şura yeni əsərləri ciddi təhlil edəcək, yaxşı əsərlərin ən yaxşısını seçəcək. Hazir həmçinin bu gün müxtəlif şəxslərin ssenari yazaraq özlərindən razı halda iddiada bulunmalarına da münasibət bildirdi: "Görürsən, hamı ssenari təqdim edir, iddia edir ki, kino çəkilsə, beynəxalq mükafat alacaq. Amma biz bütün ssenariləri diqqətlə oxuyacaq, onların ən yaxşılarını seçəcəyik. Bu mənada teatrlarımızda bundan sonra səhnələşdiriləcək əsərlərin səviyyəsi daha yüksək olmalıdır".

Fəxri ad məsələsi gündəmdən çıxa bilər

Hazir üzünü dramaturqlara tutaraq - "Meydan sizindir, yeni əsər təqdim edin"- dedi. Qeyd edildi ki, teatrlar, ümumiyyətlə, incəsənət əsərlərinin ən yaxşılarının seçimi məqsədilə təşkil edilmiş bədii şuranın tərkibinə həm ictimaiyyətin tanınmış nümayəndələri daxil edilib.

Ötən bir ildə teatr haqqında qanunun qəbulu xüsusi hadisə kimi qeyd edildi, qanunda əksini tapan cəhətlər barəsində danışıldı. Hazirin fəxri adlarla bağlı fikirlərinin zalda "həyəcanlı" vəziyyət yaratdığı iştirakçıların baxışlarından hiss olunurdu. O, ötən il yüzə yaxın sənət adamının fəxri ada layiq görüldüyünü bildirdi. Lakin tədricən o, Azərbaycanda fəxri adların verilib-verilməyəcəyi, bu yöndə müəyyən bir məqbul variantın axtarılıb tapılacağını bildirdi: "Dünyanın heç bir yerində belə bir şey yoxdur. Gürcüstanda, Baltikyanı ölkələrdə, Ukraynada fəxri adlar yığışdırılıb, amma Rusiyada bu, qalıb". Hazir hamının istedadına sayğısını ifadə etdiyini bildirdi. Amma həmçinin o, "Heç kəs ad almadığı təqdirdə bunu faciə hesab etməsin" -dedi. O, gələn ilin əvvəllərindən başlayaraq tədricən Kukla Teatrının, Gənc Tamaşaçılar Teatrının təmir işlərinin başa çatdırılacağını bildirdi. Həmçinin tədbirin keçirildiyi Azdramanın təmirdən sonrakı mərhələsində - müasir texniki imkanlara malik olan teatr biçimində artıq bura təcrübəli mütəxəssislərin gərək olacağını vurğuladı. Qeyd edildi ki, həmin kadrlar məhz teatrların öz içərisindən seçilməlidir: "İlk növbədə belə mütəxəssislər teatra hədsiz bağlı şəxslər olmalıdırlar. Yəni mütəxəssis yüksək texniki təcrübəyə malik olduğu dərəcədə həm yüksək təbli olmalıdır: əsərləri əzbər bilməsə o, tamaşanı məharətlə idarə edə bilməyəcək. Bu baxımdan da teatrlar daim yeni yaradıcılıq imkanlarını aşkarlamalıdırlar, daim axtarışda olmalıdırlar".

Hazir Bakı Mədəniyyət İdarəsinə Kamera Bələdiyyə Teatrlarının təmiri ilə bağlı layihənin təqdim edilməsini tapşırdı. Həmçinin bölgə (Füzuli, Qax, Qusar, Lənkəran, Şəki, Gəncə, Qazax) teatrlarının inkişaf etdirilməsi ilə bağlı layihənin hazırlanacağını bildirdi. Bakıda fəaliyyət göstərən teatrların bölgələrə ardıcılı olaraq getmələri, yüksək səviyyədə çıxış etmələri zəruri hesab edildi.

Milli Məclisin mədəniyyət komissiyasının sədri Hizami Cəfərov teatr mövzusunda bu cür tədbirin keçirilməsini əhəmiyyətli saydığını bildirdi: "Əgər bu gün teatra iki tamaşaçı gəlsə belə, o teatrı saxlamaq lazımdır. Hormal teatrı olmayan xalqın televiziyası, radiosu, mətbuatı da olmaz. Əgər teatr olmasa, o zaman cəmiyyətdə qeyri-ciddi sənət texnologiyaları daha da artacaq".

O, teatr haqqında qanunun araya-ərsəyə gəlməsi prosesində Mədəniyyət Turizm Hazirliyi ilə olan xüsusi əməkdaşlıqdan söhbət açdı: "Sənətkar bilməlidir ki, o, daim millətin mənəvi zövqünü, mənəviyyatını yüksəltməyə xidmət etməlidir". O bildirdi ki, yaxın zamanda "Mədəniyyət haqqında qanun"da əsaslı dəyişikliklər olacaq: "Bu qanun 10 ildir ki, fəaliyyətdədir. Məhz yeni anlayışların ora daxil edilməsinə ciddi ehtiyac var".

Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Hemətov ötən müddətdə görülən işlərdən danışdı, xüsusən yaradıcı gənclərə geniş meydan verilməsinin vacibliyini qeyd etdi. O, yaxın 10-15 ildə "Teatr haqqında qanun"un bu sahədə həlli vacib məsələlərin həyata keçirilməsində mühüm təkan olacağına əminliyini bildirdi.

 

Xalq cəbhəsi.- 2007.- 7 mart.- S. 15.